Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:00

6 növ xəstəlik, əlillik üçün aylarla get-gəl...


Arxiv fotosu
Arxiv fotosu

-

"6 növ xəstəlikdən əziyyət çəkirəm. Onurğa sümüyümdəki daimi problemlərə görə əsəblərim pozulub. Səhhətim əmək fəaliyyəti ilə məşğul olmağa imkan vermir. 4 nəfərlik ailənin başçısıyam, həyat yoldaşım kənddə tibb məntəqəsində xadimə işləyir. Aylıq gəlirimiz 111 manatdır. Dolanmaq çətindir, dərmanlarıma görə apteklərə borcum var".

AzadlıqRadiosunun "Qaynar xətt"inə şikayət edən Şəmkir sakini Fəxrəddin Allahyarov deyir, əsəb xəstəsidir, əlillik almaq üçün olan-qalan əsəblərini də itirib:

"Gördüm məni çox get-gələ salıblar, əlacım hər yerdən kəsildi, götürüb prezidentə məktub yazdım. Aradan bir neçə gün keçdi, rayon xəstəxanasına çağırdılar. Mənə Bakıdakı xəstəxanalardan birində müalicə almaq üçün göndəriş verdilər. Getdim, keçmiş "Semaşko" xəstəxanasında müayinədən keçdim, diaqnozlarım da belədir ki, onurğa sümüyündə daimi problem var, əsəb xəstəliyim var. Cavabları gətirib tibbi sosial ekspert komissiyasına verdim. Dedilər, bizlik deyil, gərək sənə əlilliyi mərkəzdən təyin etsinlər".

Şəmkir rayon xəstəxanasından deyirlər ki, Fəxrəddin Allahyarov 3 ildir xəstəxananın nəzarətindədir. Dəfələrlə stasionar-ambulator şəraitdə müalicə alıb. İki dəfə Respublika Klinik Xəstəxanasında, bir dəfə də Kliniki Tibbi Mərkəzdə stasionar müalicə olunub. Onurğanın yayılmış astroxondrozundan, sinir, qastrid, hepatit, toksiki zob, böyrək xəstəliklərindən əziyyət çəkir. Bəzi xəstəliklərinin müalicəsi uzun vaxt tələb edir, bəzi xəstəlikləri isə ömürlükdür".

Rayon tibbi-sosial ekspert komissiyasından isə bildiriblər ki, rayon sakini onlara bir daha ərizə ilə müraciət etməlidir:

"Sənədləri yoxlanıldı, məlum oldu ki, onun sənədləri ilə xəstəliyi uyğun gəlmir. Ona görə də əlillik təyin etmək mümkün olmur. İstəyirsə, bizə ərizə versin. Sənədlərini göndərək Bakıya - ali nəzarət komissiyasına. Orda yüksəksəviyyəli həkimlər var, baxarlar, onun xəstəliyinə uyğun bir şey tapsalar, əlillik təyin edərlər".

XS
SM
MD
LG