Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:38

James Warlik tənzimləmənin prinsiplərini açıqlayır


Dağlıq Qarabağın statusu dəqiqləşdirilməmiş Qarabağ münaqişəsinin “kompleks həlli” mümkün deyil, - bunu Yerevanda jurnalistlərlə görüşü zamanı ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri James Warlick deyib.

“Qarabağ münaqişəsinin kompleks tənzimləməsi, bu prosesə Dağlıq Qarabağın statusu məsələsi daxil edilməsə, mümkün olmaz. Kompleks tənzimləmə həmçinin status məsələsini ehtiva edir və bu məqsədlə, həmin tənzimlənmənin bir hissəsi kimi, Dağlıq Qarabağ xalqının istəyini azad ifadə etməsi zəruridir”, - Warlick deyib.

“Mənin Rusiya Vedomosti nəşrinə verdiyim müsahibəni diqqətlə nəzərdən keçirsəniz, görərsiniz ki, mən deyirəm: hər şey razılaşdırılmayıbsa, heç nə razılaşdırılmayıb və kompleks tənzimləmə deyəndə, bunu nəzərdə tuturuq. Bu tənzimlənmə elementlərindən biri Dağlıq Qarabağı əhatə edən ərazilərin qaytarılması olmalıdır. Bu, müddəalardan biri və danışıqlar elementdir“, - amerikalı diplomat bəyan edib.

Daha əvvəl Rusiya “Vedomosti” nəşrinə verdiyi müsahibəsində, münaqişədən əvvəl Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan ərazilərin Azərbaycana qaytarılmasına dair suala cavab verərkən, James Warlick demişdi: “Kompleks tənzimləmə çərçivəsində zəbt edilmiş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır. Burada diqqəti hər hansı bir element və ya prinsip üzərində cəmləşdirmək lazım deyil - ərazilər qaytarılmalıdır, lakin başqa amıllər də vardır, çünki biz həmişə kompleks tənzimlənmədən danışırıq”.

Maraqlıdır ki, James Warlick-in mətbuat konfransına yalnız TV kanalları dəvət olunub.

Dağlıq Qarabağ münaqişəsinin kompleks həllinin daha bir elementi, amerikalı diplomatın sözlərinə görə, beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi olmalıdır.

“Kompleks tənzimləmə çərçivəsində həmçinin qaçqınların və köçkünlərin öz evlərinə qaytarılması olmalıdır. Bundan başqa, real, möhkəm təhlükəsizliyin təmin edilməsi zəruriliyi beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsini nəzərdə tutur”, - Warlick deyib.

Onun sözlərinə görə, tərəflər hələ bütün detalları müzakirə etmək iqtidarında deyil. “Lakin bunlar tam tənzimlənməyə nail olmaq üçün danışıqların zəruri müddəalarıdır, və onların həlli bölgənin bütün xalqlarını qane etməlidir”, - o qeyd edib.

James Warlick erməni və azərbaycanlı tərəfləri arasında qarşılıqlı etimadsızlıqdan narahat olduğunu bildirib.

“Bu etimadsızlıq tənzimlənmə prosesini əngəlləyir. Etimadın bərpa edilməsi bir gecənin işi deyil, uzun prosesdir... Heç vaxt bir-biri ilə təması olmayan yeni erməni və azərbaycanlı nəsli yetişib. Qarçılıqlı etimad yaratmaq üçün tədbirlər görülməlidir. Və, əgər biz uzunmüddətli sülh istəyirik, bu, yalnız sənədlər vasitəsilə təmin edilə bilməz. Bu, xalqlar arasında qarşılıqlı etimada əsaslanmalıdır”, - cənab Warlick deyib.

XS
SM
MD
LG