Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 15:35

Beynəlxalq Bankda ipoteka ilə ev alanın dərdi


-

“Mən evimi satmaq istəyirəm. Təcili pul lazımdır. 3 real alıcı da vardı. Amma bankın məsuliyyətsizliyi ucbatından mən evimi sata bilmirəm”.

Bakı sakini Xəyal Azəroğlu kreditlə aldığı mənzilin yenidən sənədləşdirilməsi zamanı üzləşdiyi çətinlikdən danışır.

Gözlə

No media source currently available

0:00 0:02:00 0:00
Direct-ə keçid

O, 2014-cü ilin aprelində Xırdalan şəhərində yerləşən AAAF yaşayış massivində 2 otaqlı, 67 kvadratmetrlik mənzil alıb:

“Mənzil almaq üçün Beynəlxalq Bankdan 12 faizlə kredit götürmüşdüm. Hər ay 530 manat kredit ödəyirəm. İlkin 13 min manat ödəmişəm. Mənə təcili pul lazımdır. Həmin evi satmaq istəyirəm. 3 ay əvvəl Beynəlxalq Bankdan dedilər ki, rəhbərlik dəyişəndən sonra bütün bank əməliyyatları dayandırılıb, 15 gün sonra yenidən müraciət edə bilərəm.

15 gün sonra yenidən getdik. Oliqarxlar həbs edilən ərəfə idi. Bildirdilər ki, ümumiyyətlə bankda hər hansı əməliyyat aparılmır. Mən kredit şöbəsinin müdiri ilə danışdım.

O da bildirdi ki, bankın bütün daxili kreditləri ilə bağlı əməliyyatlar dayandırılıb. Odur ki, evin yenidən sənədləşməsi tezliklə mümkün olmayacaq. Mən bankın belə bir məsuliyyətsizliyinə görə, 3 real alıcımı itirdim. Mənə deyirlər ki, hara istəyirsən müraciət elə”.

Xəyal Azəroğlu məhkəməyə müraciəti əlavə vaxt itkisi hesab edir. Elə buna görə də məhkəməyə müraciət etmək fikri yoxdur.

RİSKLƏRİ AZALTLMAQ ÜÇÜN...

Bu il - martın 18-də Beynəlxalq Bankın idarə Heyətinin sədri Cahangir Hacıyev öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.

Bundan sonra həmin bankdan kredit götürən işadamları istintaqa çağrılıb. Onlar arasında həbs olunanlar da var. Hüquq-mühafizə qurumları bu haqda hər hansı açıqlama verməyib. Hələki ancaq rəsmilərdən deputatlar bu haqda danışır.

İstintaq işadamlarının Beynəlxalq Bankdan götürdükləri kreditləri aidiyyatı üzrə xərcləməsini, onların banka borcu olmasını araşdırır.

Hüquqşünas Müzəffər Baxış belə problemlərin qarşısını almaq üçün şərtlərin sərtləşdirilməsini təbii sayır.

Gözlə

No media source currently available

0:00 0:01:13 0:00
Direct-ə keçid

Müzəffər Baxış
Müzəffər Baxış

O əlavə edir ki, elə Xəyal Azəroğlunun mənzili yenidən sənədləşdirə bilməməsi də risklərin azaldılmasına hesablanıb.

Mənzilin alqı-satqısı, yenidən sənədləşdirilməsi ancaq və ancaq bankın razılığı ilə olmalıdır.

“Beynəlxalq Bank kredit verərkən, krediti alan şəxsin vəsaiti qaytara bilmə riskini azaltmalıdır. Mənzilin alqı-satqısı, yenidən sənədləşdirilməsi ancaq və ancaq bankın razılığı ilə olmalıdır. Bank razı olmasa, hər hansı əməliyyat aparmaq olmaz. Bəlkə, mənzili almaq istəyən şəxs heç krediti vaxtlı-vaxtında ödəyə bilməyəcək? Bu, son vaxtlar ciddi problemə çevrilib. Vətəndaşlar elə bilirlər ki, götürdükləri krediti istədikləri vaxt kiməsə sata bilərlər. Bunun yeganə həll yolu maarifləndirmədir. Banklar kredit verərkən müştəriləri maksimum məlumatlandırmaldır ki, sonradan belə bir problemlər olmasın”

Bu hal “İpoteka haqda qanun”un 30-cu maddəsi ilə tənzimləyir. Həmin maddədə deyilir ki, bankın razılığı olmadan hansısa əməliyyat aparıla bilməz.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG