Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:02

Dövlət təltifləri nə verir?


Dövlət təltifləri nə verir?

Azərbaycan prezidentinin “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” sərəncamına görə adında “xalq” sözü olan təlitiflərə layiq görülənlərə (“xalq yazıçısı”, “xalq artisti” və s.) ayda 100 manat, “əməkdar” sözü olan təltiflərə layiq görülənlərə isə (“əməkdar jurnalist”, “əməkdar həkim”, “əməkdar mədəniyyət işçisi” və s.) 60 manat müavinət verilir.

Yəni, prezidentin son sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülənlər ayda 60 manat əlavə pul alacaqlar. Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarında çalışanlar bu məbləği iş yerlərindən, başqa yerlərdə işləyənlər isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən alacaqlar.

Amma fəxri ad alanlardan fərqli olaraq, orden və medallarla təltif olunan kəslərə maddi ödəniş nəzərdə tutulmur. Bunlar daha çox bəzi ictimai imtiyazlar verir.

Prezident Təqaüdünün məbləği isə 30 manatla 1000 manat arasında dəyişir. Bu təqaüd adətən ölkədə tanınmış elm və mədəniyyət xadimlərinin güzəranın yaxşılaşdırılması üçün verilir və bu halda onun məbləği təxminən 1000 manat olur. Amma ali məktəblərə yüksək balla qəbul olunan tələbələrə, başqa kateqoriyalardan olan şəxslərə verilərkən bu təqaüdün məbləği daha aşağı hesablanır.

XS
SM
MD
LG