Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:09

"Romantik cihad"


Avstriya - Samra və Sabina, "İslam dövləti"nin öz təbliğatı üçün istifadə etdiyi iki avstriyalı qız. Onlar Vyanadakı evlərindən qaçaraq yaraqlılara qoşulublar.

Avstriya - Samra və Sabina, "İslam dövləti"nin öz təbliğatı üçün istifadə etdiyi iki avstriyalı qız. Onlar Vyanadakı evlərindən qaçaraq yaraqlılara qoşulublar.

-

Ötən həftə terrorçu "İslam dövləti" təşkilatının rusdilli təəssübkeşlərinin sosial media hesablarında bir post yayılıb.

Həmin postda Suriya və İraqın bu təşkilatın nəzarətində olan ərazilərində yaşamağın romantikləşdirilməsi sərt tənqid edilir.

Post ilk olaraq iyulda bir "İslam dövləti" döyüşçüsünün VKontakte sosial şəbəkəsindəki hesabında yerləşdirilib. Həmin döyüşçünün ləqəbi Cindullahdır, özü Şimali Qafqazdandır.

Suriya və İraqda döyüşən yaraqlıların həyat yoldaşı olmaq arzusuyla yaşayan qızlara ünvanlanan postda deyilir:

“Siz doğrudanmı Fərat çayının sahilində öz həyat yoldaşınızla rahat gəzəcəyinizi təsəvvür edirsiniz? Allah xatirinə, bu romantizmi bir kənara qoyun. Yaxşısı budur, onu illüziya qəbirisitanlığında birdəfəlik dəfn edin”.

"Bu, sosial şəbəkələrdə təsvir edilən həyata heç bənzəmir"

Postun müəllifi bildirir ki, döyüşçü arvadı olmaq xəyalı ilə yaşayan qızların illüziyaları elə ilk bombardmanda puç olacaq. “Bu, sosial şəbəkələrdə sizə təsvir edilən həyata heç bənzəmir. Siz burada sınaqdan keçəcəksiniz və əsl sınaq nədir biləcəksiniz”.

Postun yerləşdirildiyi hesab artıq bağlıdır. Ancaq post VKontakte və Facebook sosial şəbəkələrində geniş yayılaraq, çoxlu müsbət şərh qazanıb. Şərhlərin çoxunda deyilir ki, "İslam dövləti"nin təbliğ etdiyi cihad həyatı ilə Suriyadakı real həyat arasında böyük fərq var. Xüsusilə də qadınlar üçün.

"İslam dövləti" yaraqlısı

"İslam dövləti" yaraqlısı

Bəzi qadın döyüşçülər də deyilənlərlə razılaşıblar. VKontakte-dəki hesabında olduğu yeri Hələb şəhəri kimi göstərən İmara Hasanova yazıb: “Sərt, amma doğru yazılıb”.

Cihadın reallıqlarını dərk edə bilməyən qadınları tənqid etmək məqsədi daşıyan sözügedən postdə həm də cəsur döyüşçülər üçün şərtlərin nə qədər ağır olduğu qürur mənbəyi kimi tərənnüm olunur.

Postda açıq şəkildə deyilir ki, "İslam dövləti"nin nəzarətində olan torpaqlara hicr etmək əsla romantik deyil: “Əksinə, bu, bir neçə saat öncə bir-biri ilə zarafatlaşan qardaşların cəsədləri və ələ gəlməyən əzaları deməkdir”.

"Yanında doğma qardaşının şəhid olduğunu görəndə..."

Allaha and olsun ki, yanında qardaşının şəhid olduğunu görəndə bir an olsun bu dünyada qalmaq istəmirsən. Dünyanın əsl mahiyyətini başa düşürsən. Onun mənasızlığını anlayır, onu mümkün qədər tez tərk etməyə çalışırsan.

Postun "İslam dövləti"nin rusdilli təəssübkeşləri arasında geniş müzakirə olunaraq, bəyənilməsi bu terrorçu təşkilatın rəsmi təbliğatını alt-üsr edir. Təşkilat iddia edir ki, "cihad savaşı gedən" ərazilərə hicr edənlər nə qorxu, nə də kədər hiss edəcəklər. Müharibənin çətinliklərinə baxmayaraq, mücahidlər kafirlərə qarşı tarixi döyüşdə iştirakdan zövq alacaqlar. "Cihada qalxanlar" qəm-qüssəli olmamalıdırlar.

Ancaq Suriyada Kobani, İraqda isə Baiji ətrafındakı son döyüşlərdə əvvəlkindən xeyli artıq itki verən "İslam dövləti" yaraqlıları sosial media hesablarında əsl hisslərini bölüşməyə başlayıblar. Artyom adlı bir qazax yazır: “Allaha and olsun ki, yanında qardaşının şəhid olduğunu görəndə bir an olsun bu dünyada qalmaq istəmirsən. Dünyanın əsl mahiyyətini başa düşürsən. Onun mənasızlığını anlayır, onu mümkün qədər tez tərk etməyə çalışırsan”.

Suriyada döyüşən rusdilli yaraqlıların həyat yoldaşı tapmaqda çətinlik çəkmələri ilə bağlı şikayətlərindən sonra sosial mediada müsəlman qadınlara Suriyaya hicr etmək çağırışları artmışdı. Həmin çağırışlarda bunun təhlükəli və çətin bir iş olduğu qeyd edilsə də, əsasən romantik və tarixi bir missiya olduğu vurğulanırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG