Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:47

İki əsr öncə yazılmış qrammatika kitabı çapdan çıxdı


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Mirzə Məhəmməd Əfşar. «Fənni-sərfü nəhvi-türki» (qrammatik oçerk, mətnin transliterasiyası, lüğət və əlyazmanın fotosurəti)» adlıkitab «Elm və Təhsil» nəşriyyatında çapdan çıxıb.

AMEA-nın yaydığı xəbərə görə, kitab Dilçilik İnstitutunun Elmi Şurasının qərarı ilə (araşdırıcılar Vahid Adilov və Rəxşanə Babzadə) çıxıb.

Monoqrafiyada XIX əsr Azərbaycan dilçiliyinin görkəmli nümayəndələrindən biri olan M.Əfşarın «Fənni-sərfü nəhvi-türki» əsərinin ərəb əlifbasından müasir əlifbaya transliterasiyası verilib.

Kitabdaeyni dövrə aid dilçilik əsərləri ilə müqayisədə hazırlanmış qrammatik oçerk, eləcə də, izahlı dilçilik terminləri və çətin anlaşılan ərəb və fars mənşəli sözlərin lüğəti mətnə əlavə edilib.

Kitabın elmi redaktorları Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev və professor Kamandar Şəriflidir.

Azərbaycan dilçiliyi tarixində Mirzə Məhəmməd Əfşarın «Fənni-sərfü nəhvi-

Türki» əsəri xüsusi yer tutur.

Əsərin dəqiq yazılma tarixi bəlli deyil.

Təqdqiqatçılar onun təxminən XIX əsrin II yarısında Mirzə Kazım bəyin «Грамматика турецко-татарского языка» (1839) və Mirzə Əbülhəsən Vəzirovun «Учебник татарско-адербайджанского наречия» (1861) əsərlərindən sonra və Nəriman Nərimanovun «Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi» (1899) əsərindən əvvəl yazıldığı qənaətindədirlər.

Nəstəliq xətti ilə yazılmış 90 əlyazma səhifəsindən ibarət olan bu əsər indiyədəknəşr edilməyib, yalnız bir neçə tədqiqat işində əsərin müqəddiməsindən, nitq hissələrinin təsnifat prinsiplərindən və dilçilik terminlərindən qısaca məlumat verilib.

M.Əfşar Qori müəllimlər seminariyasında şəriət və ana dili müəllimi işləyib və araşdırıcıların fikrincə, çox güman ki, bu əsəri də həmin seminariyanın tələbələri üçün yazıb.

Əski əlifba ilə yazılmış bu əsərin ancaqfotosurəti mövcuddur. Əlyazmanın əslinin harada saxlandığı barədə bilgi yoxdur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG