Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:11

-

Turkiyədə baş verən partlayışda azı 27 nəfərin öldüyü xəbər verilir. Məlumatı Türkiyənin NTV televiziyası yayıb.

Reuters agentliyili rəsmilərə istinadən yazır ki, ilkin sübutlar partlayışın İslam Dövləti yaraqlılaırnın intiharçı bombaçısı tərəfindən olub.

Hadisə şahidi bunları anladır:

“Gənclər mətbuat açıqlaması edəcəklərdi. Elə foto çəkməyə çalışırdım. Bu an partlayış oldu. Partlayış o qədər güclü idi ki. Cəsədlər ətrafa yayıldı, hətta altında qaldıq. Kamera əlimdə idi, çəkiliş edirdim həmin an. İnsanların düz ortasında oldu partlayış. İstanbuldan mənimlə gələn dostlarım da partlamada öldü.
İnsanlar dəhşət içində idi. Təcili yardım maşınları gecikirdi. İnsanlar yaralıları daşımağa başladılar. Yoldakı avtomobillər yaralıları götürmək istəmədi, qalmaqal yaşandı. Polis havaya atəş açdı. Səhər biz gələndə yolda yoxlama, nəzarət yox idi. Ancaq əraziyə girəndə insanlar yoxlanılıb buraxılırdı.”

Partlayış kameralara saniyə- saniyə düşüb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG