Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:05

İyulun 21-də Bakı Apellyasiya Məhkəməsində hüquq müdafiəçiləri İntiqam Əliyev və Rəsul Cəfərovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verilmiş şikayətlərinə baxılacaq.

İntiqam Əliyevin apellyasiya şikayəti üzrə ilkin baxış iclası iyulun 6-da olub.

Məhkəmə onunev dustaqlığına buraxılması və apellyasiya şikayətinə məhkəmə istintaqı ilə baxılması barədə vəsatətləri təmin etməyib.

İntiqam Əliyev 2014-cü il avqustun 8- həbs edilib və bu il aprelin 22-dəvergidən yayınma da daxil olmaqla iqtisadi ittihamlarla 7 il yarım azadlıqdan məhrum edilib.

O, ittihamıarı rədd edir, həbsinin siyasi sifariş olduğunu deyir.

Rəsul Cəfərov isə 2014-cü il avqustun 2-də həbs olunub.

O da eyni ittihamlarla bu il aprelin 16-da 6 il yarım azadlıqdan məhrum edilib.

Rəsul Cəfərov ittihamları rədd edir.

Amnesty İnternational təşkilatı hər iki hüquq müdafiəçisini vicdan məhbusu elan edib.

Azərbaycan hökuməti isə dəfələrlə ölkədə siyasi və ya vicdan məhbusu olmadığını bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG