Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:33

Yunan bankları iyulun 20-də açılır


Yunanıstanda etiraz, 19 iyul, 2015-ci il

Yunanıstanda etiraz, 19 iyul, 2015-ci il

Ölkədən nağd pul axınının qarşısını almaq üçün banklar 3 həftəydi işləmirdi. Ancaq əməliyyatlara və nağd pul çıxarılmasına qadağalar qalır

-

Yunanıstan bankları iyulun 20-də yerli vaxtla səhər 8-də işə başlayır. Ölkədən nağd pul axınının qarşısını almaq üçün banklar 3 həftəydi işləmirdi.

Ancaq əməliyyatlara və nağd pul çıxarılmasına qadağalar qalır.

İyulun 18-də verilən sərəncamda hökumət gündəlik 60 avro pul çıxarılmasına dair qadağanı bir həftə də uzadıb. Beləliklə yunanlar həftəyə 420 avro (455 dollar) pul çıxara bilirlər.

Bir çox malların da bahalanacağı gözlənir. Belə ki, parlament iyulun 16-da Əlavə Dəyər Vergisinin qaldırılmasını təsdiqləyib. Bu, kreditorlarn Yunanıstan üzərinə qoyduğu sərt qənaət tədbirlərindən biridir.

İyulun 20-də hökumətin Avropa Mərkəzi Bankına 4.2 milyard avro ödəyəcəyi gözlənir. Bu, iyulun 17-də Avropa Birliyinin verdiyi 7.16 milyard avroluq qısamüddətli kredit sayəsində baş tutur.

Günün bütün mövzuları

XS
SM
MD
LG