Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:17

Konqres İran sazişinə baxmağa başlayacaq


İranlılar nüvə sazişini bayram edir

İranlılar nüvə sazişini bayram edir

-

ABŞ prezidenti Barack Obama administrasiyası bu günlərdə əldə olunmuş İran nüvə sazişini baxılmaq üçün Konqresə təqdim edib. Dövlət Departamenti iyulun 19-da bildirib ki, sazişə Konqresdə 60 gün ərzində baxılmasına iyulun 20-də başlanacaq. Saziş iyulun 14-də Vyanada İranla Britaniya, Çin, Fransa, Almaniya, Rusiya və Birləşmiş Ştatlar arasında əldə olunub.

İyulun 19-da İsrailin baş naziri Benjamin Netanyahu Konqresi sazişi rədd etməyə çağırıb. ABŞ televiziyasına danışan Netanyahu deyib ki, “İranın təcavüzünü dayandırmağın bir neçə yolu var, bu saziş də onlardan biridir”.

ABŞ Dövlət katibi John Kerry iyulun 19-da CNN-ə deyib ki, Konqres sazişi “məhv etsə”, İranla danışıqlar prosesi də bitəcək.

Saziş İranın nüvə proqramını məhdudlaşdırmasını və beynəlxalq təftişlərə icazə verməsinmi nəzərdə tutur. Əvəzində ölkəyə beynəlxalq sanksiyalar qaldırılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG