Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:07

Suriyadan Almaniyaya qayıdan İŞİD döyüşçüsü bu təşkilatın qeyri-islami olduğunu bildirib.

-

"İŞİD üzvlərinə iki seçim verilir: ya döyüşçü, ya da intiharçı olmaq. “Seçim, ölmək və ya ölməkdir” – deyib keçmiş cihadçı Ebrahim

Adı yalnız Ebrahim B olaraq göstərilən 26 yaşlı müsəlman Almaniya həbsxanasından verdiyi müsahibədə deyib ki, alman məhbəsi Suriyadakı azadlıqdan yaxşıdır.

Əgər sən bir islamçı şəhərdə deyil, Avropada ölsən, necə olacaq? Avropada ölənlər birbaşa cəhənnəmə gedirlər…

Almaniya vətəndaşı olan Ebrahim həmvətənlərinə xəbərdarlıq edərək bildirib ki, İslam Dövləti adlanan təşkilatın İslamla heç bir əlaqəsi yoxdur.

Almaniyanın şəxsi sirlər qanuna müvafiq olaraq əsl adı açıqlanmayan bu şəxs “terrorçu təşkilatın üzvü” kimi avqust ayında mühakimə olunacaq.

Sevgilisi onu atıb, o da cihada qoşulub

Almaniya həbsxanasından NDR və WDR telekanallarına, həmçinin “Süddeutsche Zeitung” qəzetinə müsahibə verən Ebrahim B ölkənin şimalındakı Volfsburq şəhərinin məsçidində İŞİD-ə necə səfərbər edildiyini danışıb.

O xatırladıb ki, həmin ərəfədə təhsil aldığı məktəbdə çətinlikləri var imiş, üstəlik də sevdiyi qızla araları dəyibmiş.

Belə bir ruh düşkünlüyü şəraitində cihada səfərbər edilən Ebrahim deyib ki, həmin vaxt o lap Yamayka bandalarından birinə və ya Amerikanın “Cəhənnəm mələkləri” təşkilatına da qoşula bilərdi.

“Dörd arvadı kim istəməz?”

Onu cihada cəlb edən şəxs deyirmiş: “Sən gənc müsəlmanların aclıq keçirdikləri və qadınların zorlandıqları bir vaxtda öz isti, rahat yatağında necə sakitcə yata bilirsən? Əgər sən bir islamçı şəhərdə deyil, Avropada ölsən, necə olacaq? Avropada ölənlər birbaşa cəhənnəmə gedirlər…”

“Onlar gəncləri aldadırlar, - deyib Ebrahim, - Deyirlər ki, müsəlman dörd arvad ala bilər. Dörd arvadı kim istəməz?”

Keçmiş cihadçı bir dostu ilə birlikdə 2014-cü ilin mayında Türkiyəyə səfər edib və oradan Suriyaya keçib. İŞİD əvvəlcə onu casus kimi həbs edib, lakin sonradan, səfərbərçinin zəmanəti ilə həbsxanadan buraxıb.

Ölüm, ya ölüm?

İxtisasca massajçı olan Ebrahim deyib ki, İŞİD üzvlərinə iki seçim verilir: ya döyüşçü, ya da intiharçı olmaq.

“Seçim, ölmək və ya ölməkdir” – deyib Ebrahim.

Onlar gəncləri aldadırlar. Deyirlər ki, müsəlman dörd arvad ala bilər. Dörd arvadı kim istəməz?

Lakin Almaniya prokurorları onu şüurlu şəkildə intiharçı olmağa razılıq verməkdə ittiham edirlər və deyirlər ki, onun Bağdadda törətməyə hazırlaşdığı intiharçı bomba partlayışı yalnız İraq təhlükəsizlik qüvvələrinin əməliyyatı nəticəsində baş tutmayıb.

Ebrahim Almaniyaya 2014-cü ilin avqustunda qayıdıb. O deyir ki, yaralı cihadçıları Türkiyə xəstəxanasına gətirdikdən sonra aradan çıxa bilib.

O valideynləri öz övladlarına diqqətli olmağa, onların səfərbərçilərin toruna düşməsinə yol verməməyə çağırır.

Hazırda 260 Almaniya vətəndaşının Suriya və İraqda döyüşdükdən sonra vətənə qayıtdıqları təxmin edilir.

Onların əksəriyyəti ya rəsmi polis müşahidəsi altındadır, ya da həbsxanada saxlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG