Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:18

Səbail rayonu və Sumqayıt şəhərindəki orta məktəblərdə də buraxılış imtahanları test üsulu ilə aparılacaq


2007-ci ildə, yəni bu tədris ilinin sonunda Xətai və İmişli rayonları ilə yanaşı, Səbail rayonu və Sumqayıt şəhərindəki orta məktəblərdə də buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada test üsulu ilə aparılacaq. İmtahanların nəticələrini isə xüsusi proseduralar və texniki vasitələrlə Təhsil Nazirliyinin mütəxəssisləri qiymətləndirəcəklər. İmtahanların Azərbaycan dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya və xarici dil fənlərindən keçirilməsi nəzərdə tutulur. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov deyir ki, bu metod müsbət nəticə verdiyindən növbəti illərdə bütün məktəblərdə tətbiq olunacaq: «Bu il qəbul imtahanlarının nəticələri göstərdi ki, mərkəzləşdirilmiş imtahan tətbiq edilən Xətai rayonunun məzunları Bakı şəhərinin digər 10 rayonunun məzunlarına nisbətən daha yaxşı nəticələr göstəriblər».


Azərbaycanda ilk dəfə mərkəzləşdirilmiş imtahan mexanizmi ötən tədris ilində İmişli və Xətai rayonlarının orta məktəblərində tətbiq olunub.


Bundan əvvəl isə həmin məktəblərin şagirdləri buraxılış imtahanlarını yazılı və şifahi yolla verirdilər.


XS
SM
MD
LG