Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:33

Haaqa Məhkəməsi irslə bağlı işə baxır


-

Haaqa Beynəlxalq Məhkəməsi Malinin şimalındakı Timbuktu şəhərində tarixi abidələrin məhv edilməsi məsələsinə baxır. Məhkəmə YUNESKO-nun təşəbbüsü ilə baş tutub.

YUNESKO-dan bildirilib ki, tarixi və mədəni irsin məhvi Haaqa konvensiyasına görə “hərbi cinayət” kimi dəyərləndirilir.

Qurum hesab edir ki, qədim Timbuktu movzoleyinin bərpası Mali mədəni irsinin qorunub saxlanmasına bir töhvə olacaq. Dağıdılmış 16 məqbərədən səkkizi artıq bərpa olunub, digərləri üzərində iş 2015-ci ilin sonunda başa çatmalıdır. İslamçıların dağıtdığı qiymətli manuskipt və məscidlərin bərpasıüçün maliyyə dəstəyinə ehtiyac var. Bərpa işlər üçün tələb olunan 11 milyon dollardan bugünədək artıq 3 milyon dolları xərclənib.

Malinin mədəni irsinə zərbə 2012-ci ilin mart hərbi qiyamı zamanı dəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG