Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:09

Aclıq edən jurnalistlərə QHT rəhbərləri də qoşulub


Noyabrın 16-da bu ayın 9-dan aclıq aksiyası keçirən mətbuat nümayəndələrinə iki QHT rəhbəri – İqtisadi İnnovasiyalar Mərkəzinin direktoru Məhəmməd Talıblı və Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı da qoşulub. KİV nümayəndələrindən isə aclıq aksiyasını hazırda «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidov, Elşən Şirinov, «Ruh» Jurnalistləri Müdafiə Komitəsinin sədri Hüquq Salmanov və «Hürriyyət» qəzetinin keçmiş təsisçisi Vüqar Məmmədov davam etdirirlər. 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasının həkimi Nazim Məhərrəmov noyabrın 16-da aksiya iştirakçılarını müayinədən keçirib. Həkimin sözlərinə görə, onların səhhəti kafidir.


Aksiyaçılar Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin «Azadlıq» qəzetini yerləşdiyi ünvandan çıxarmasına etiraz edirlər.


Komitə iddia edir ki, «Azadlıq» qəzeti Xəqani-33 ünvanında qanunsuz yerləşib, ona görə də binadan çıxmalıdır. «Azadlıq» qəzeti isə bunu nəşrə qarşı hökumətin təzyiqi kimi qiymətləndirir.


Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə «Azadlıq» qəzetinin mübahisəsi noyabrın 24-də 1 saylı Yerli İqtisad Məhkəməsində araşdırılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG