Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:23

Məşhur narkobaron həbsxanadan necə qaçıb?


Həbsxanadan qaçmaq üçün qazılmış tunel (Reuters)

Həbsxanadan qaçmaq üçün qazılmış tunel (Reuters)

-
Medianın yazdığına görə, məhşur narkobaronun həbsxanadan qaçışı ona 50 milyon dollara başa gəlib. Bura həbsxana rəhbərliyinə və ədliyyə məmurlarına verilən böyük məbləğli rüşvətlər də daxildir.

Meksika hökuməti El Chaponun ələ keçirilməsinə görə 3,8 milyon dollar mükafat təyin edib. Məşhur narkobaronun ciddi rejimə malik həbsxanadan tunel vasitəsilə qaçmasının yeni detalları da açıqlanıb.

El Chapo ləqəbi ilə tanınan Joaquín Guzmán Meksikanın sərt rejimli Altiplano həbsxanasından iyulun 11-də qaçıb.

Meksikanın xüsusi xidmət orqanı mühafizə kameralarının yaddaşına həkk olunan görüntüləri yayıb. Videoyazılışda El Chaponun türmədən qaçmasından az əvvəlki görüntüləri var.​

“TUNEL MÜSAİR TEXNOLOGİYA İLƏ QAZILIB”

Jurnalistlərə açıqlamasında Mesikanın daxili işlər naziri Miguel Angel Osorio Chong deyib ki, söhbət Meksikaya böyük zərbə vurmuş bir düşməndən gedir:

“Onu geri qaytarmaq cəhtlərində arxaya heç bir addım atılmayacaq”.

Həbsxanadan qaçmaq üçün qazılmış yer

Həbsxanadan qaçmaq üçün qazılmış yer

Nazir deyib ki, El Chaponun axtarışına onun duş almaq üçün olan vanna otağından görüntüsü yox olandan dərhal sonra başlanıb. O deyib ki, polis dərinliyi 60 fut olan tuneldə də axtarış aparıb.

“Tunel müasir texnologiya vasitəsilə hazırlanıb, bu da ona imkan verib ki, həmin ərazini təhlükəsizlik qüvvələri onun arxasınca düşənədək daha tez tərk etsin” – nazir belə deyib. Havalandırma sistemi olan tuneli motosikllə keçmək mümkündür.
Rəsmilərin açıqlamasına görə, El Chapo tuneli motosikl vasitəsilə keçərək öz azadlığı üçün tikdirdiyi bu evdən qaçıb.

SON OLARAQ DUŞ KABİNETİNƏ GEDİB

“Tunel elektrik lampaları vasitəsilə işıqlandırılıb, amma o buranı keçərkən arxasında qalan lampaları sındırıb, bu da axtarış imkanlarını bir qədər çəkinləşdirib” – nazir Osorio Chong belə deyir.
Nazir iddia edir ki, El Chaponun 2014-cü ilin fevralından həbs olunaraq saxlandığı həbsxana bütün beynəlxalq meyarlara cavab verir.
El Chaponun qolunda elektron bazubənd də olub və o, həbsxanada kameralar vasitəsilə daim nəzarətdə olub. İnsan haqlarının tələbinə görə 2 yerdə kameralar vasitəsilə müşayiət dondurulur ki, bunun da biri duş kabinetidir. Narkobaron tunelə girməmişdən əvvəl qolundakı bazubəndi də qırıb atıb.
Həbsxana kameralarının görüntüsünə görə, Guzman son olaraq öz yatağına doğru gedib, orada oturub və ayaqqabılarını dəyişib.
Daha sonra duş kabinetinə gedir və bundan sonra sadəcə olaraq yoxa çıxır. Qaçışdan sonra çəkilmiş bir videomaterialda isə duş kabinəsinin döşəməsində kvadrat formalı kəsilmiş yerin olduğu görünür.

QAÇIŞ 50 MİLYON DOLLARA BAŞA GƏLİB

Arxiv foto

Arxiv foto

Məşhur narkobaronun azadlığa qovuşması ölkədə diqqəti həm də bir daha korrupsiya üzərinə çəkir. Şərhçilər sual edirlər ki, heç bir səs-səmir olmadan bu tunel necə qazılıb və tunelin tikintisini aparan kəslər onun duş kabineti ilə dəqiq kəsişəsini necə tapa biliblər.
Medianın yazdığına görə, həbsxana rəhbərliyi və ədliyyə məmurlarına verilən böyük məbləğli rüşvətlər də daxil El Chaponun həbsxanadan qaçması ona 50 milyon dollar başa gəlib.
Hökumət məsələni tam araşdıracağını söz verib. “Bu işdə əli olan istənilən şəxs, o cümlədən dövlət məmuru cəzalandırılacaq. Bu qaçışda rolu olan hər kəs üzə çıxarılacaq” – daxili işlər naziri belə deyib.

BU QAÇIŞ ABŞ-LA MÜNASİBƏTƏ DƏ TƏSİR EDƏCƏK

Osorio Chong onu da deyib ki, hazırda Meksika hökuməti El Chaponun axtarışında, xüsusilə də onun sərhəddi keçməməsində ABŞ və digər beynəlxalq ictimaiyyətlə əməkdaşlıq etməklə əlindən gələni edir.
Chaponun qaçmağa nail olması Meksika ilə ABŞ arasındakı münasibətlərə də sərinlik gətirəcəyi təhlükəsi yaradır. El Chapo ABŞ hakimiyyəti tərəfindən “dünyanın ən qüdrətli narkobaronu” elan olunub. Onun ABŞ-ın mərkəzində narkotik vasitələrin yayılmasında xüsusi rol oynadığı vurğulanır.
Joaquín Guzmán zəngin adam sayılır. 2009-cu ildə onun sərvıti 1 milyard dollar həcmində qiymətləndirilib. 2011-ci ildə o, “Forbes”ə görə, dünyanın ən çox axtarılan zəngin cinayətkarları arasında birinci yeri tutub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG