Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:53

-

ABŞ hökuməti “İslam Dövləti” radikal qruplaşmasının İraqa hücumunu sərt tənqid edib.

İyulun 17-də İraqda bazar yaxınlığında törədilən partlayışda 115 adam ölüb.

Ağ Evin bəyanatında deyilir ki, bu, ekstremistlərin daim nümayiş etdirdiyi “müstəsna qəddarlığ”ın daha bir nümunasidir.

Partlayış Bağdadın 30 km-də yerləşən Xan Bani Saad şəhərində baş verib. Partlayışın gücündən bir neçə bina dağılıb. Həlak olan və yaralanan insanlar Ramazan bayramını qeyd edirlərmiş. Özünü «İslam Dövləti» adlandıran yaraqlılar məsuliyyəti öz üzərilərinə götürüblər. Bildiriblər ki, əvvəldən 3 ton bomba yüklənmiş maşın əraziyə göndərilib. Onlar şiə müsəlmanlarını hədəfə alıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG