Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:24

Tiflisdə Rusiya əleyhinə aksiya


etiraz aksiyasından foto
etiraz aksiyasından foto

-
Tiflisdə hökumətin Rusiya ilə bağlı apardığı siyasətə qarşı etiraz aksiyası keçirilib. İyulun 18-də baş tutan aksiyaya 3 mindən çox etirazçının qatıldığı deyilir.


Aksiyada Rusiya özünü respublika elan etmiş Abxaziya və Cənubi Osetiyanı işğal etməkdə ittiham edilib. Tiflisdə hökumət binasının qarşısına toplaşan etirazçılar əllərində “düşmənlə əməkdaşlığa” son qoyulmasını tələb edən plakatlar tutublar.


“İnterfaks”ın məlumatına görə, aksiyada “Milli Hərəkat” partiyası (sabiq prezident Mixail Saakaşvilinin partiyası) və bir neçə QHT-lərin yüzlərlə üzvü iştirak edib.


Tsxinval bölgəsində Cənubi Osetiyanın “sərhədlərini” müəyyənləşdirən yeni məlumat lövhələrinin quraşdırılmasına münasibət bildirən Gürcüstanın baş naziri bildirib ki, Gürcüstan itirilmiş ərazilərin konstitusion üsullarla qaytarılmasına nail olmağa çalışacaq.

Gürcüstan XİN bundan əvvəl məsələ ilə bağlı İsveçrə səfirliyi vasitəsilə Rusiyaya etiraz notası göndərib. Gürcüstan tərəfinin iddiasına əsasən, yeni məlumat lövhələrinin 300 metr irəli çəkilməsi nəticəsində Bakı –Supsa neft borusu işğal olunmuş ərazidə qalıb.

Rusiya tərəfi isə məlumat lövhələrinin yerinin dəyişdirilməsi ilə bağlı ittihamları əsassız sayır.

XS
SM
MD
LG