Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:35

-

Ağdaş rayonunda polis zabitinin oğlu özünü güllələyib.

Lent.az xəbər verir ki, rayon sakini, 1997-ci il təvəllüdlü Nəhmətov Neman Araz oğlu özünü tüfənglə güllələyərək intihar edib.

İntihar edən gənc Ağdaş rayon Polis Şöbəsinin baş əməliyyat müvəkkili olan polis mayoru Araz Nəhmətovun oğludur.


Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Daha bir intihar hadisəsi Şirvan şəhərində baş verib, şəhər sakini özünü asıb.

APA-nın məlumatına görə, Şirvan şəhəri Natəvan küçəsi 61 ünvanında yaşayan 1968-ci il təvəllüdlü Kərimov Rəmzi Elxan oğlu özünü həyətində yerləşən üzüm çardağından asaraq intihar edib.

Məlumata görə, intihar edən şəxs “Azərbaycan Dəmir Yolları” QSC-nin Şirvan şəhərində yerləşən idarələrindən birində baş mühasib vəzifəsində çalışırmış.
Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG