Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:01

-

"Abraham Lincoln adını eşidən kimi insanların ağlına gələn ilk fikir bu olur: “O, qulları azad edib.” Əslində Lincoln öz prezidentliyi dövründə bir dənə də qulu azad etməyib."

"Məktəbdə tarix müəllimi olsaydım, tarixi öyrətmək üsulumuzu dəyişdirərdim. Tarixi hekayə formasına salsan, uşaqlar daha çox maraqlanacaqlar."

"Çində hər dəfə yeni imperator hakimiyyətə gələndə əvvəlki sülalədən qalmış hər şeyi məhv edirdi. Nəticədə..."

Amerikalı yazıçı Steve Berry betseller kitablar müəllifidir. Onun Cotton Malon adlı qəhrəman haqda kitabları qırx dildə bestsellerdir. Daha çox populyar mövzularda yazır. Tarix onun sevimli sahəsidir.

Xüsusən də tarixin yalanları. Romanlarında tarixlə bugünkü hadisələri calaşdırır.

Keçən il ABŞ-ın məşhur prezidenti Abraham Lincoln haqqında "Lincoln mifi" (“The Lincoln Myth”) adlı kitab yazıb.

Bu münasibətlə dünyanın on ən yaxşı ədəbiyyat dərgisindən biri olan "Los Angeles Review of Books" jurnalına müsahibə verib.

Müsahibədə ABŞ tarixinə aid mübahisəli məsələlərdən danışır, məktəblərdə tarix dərslərini başqa cür tədris etməli olduğumuzu deyir, gənc yazıçılara necə yazmaq haqda məsləhətlər verir.

Azərbaycanda da tarixin yenidən dəyərləndirilməsi mövzusunda vaxtaşırı müzakirələr getdiyi üçün müsahibənin tərcüməsini təqdim edirik.

- Lincoln mifi nə deməkdir?

- İnsanların Abraham Lincoln haqda həqiqət kimi qəbul etdiyi o qədər mif var ki. Lincoln haqda mif Lincoln haqda tarix üzərində dominantlıq edir.

Lincoln’un ölümündən keçən ilk iyirmi ildə ona çoxlu iftira atmışdılar. O zaman ona çox da hötmət etmirdilər.

20-ci əsrin başlanğıcına doğru mif yaranmağa başladı. İndi isə mif öz yerini möhkəmlədib. Məsələn, Amerikada hər bir məktəbliyə öyrədirlər ki, Lincoln qulları azad buraxırmış.

Lincoln adını eşidən kimi insanların ağlına gələn ilk fikir bu olur: “O, qulları azad edib.”

Əslində Lincoln öz prezidentliyi dövründə bir dənə də qulu azad etməyib. The Emancipation Proclamation” adlı sərəncamında o, üsyan qaldırmış ştatlardakı qulları azad edirdi, həmin ştatlarınsa üzərində onun səlahiyyəti yox idi.

Üzərində səlahiyyəti olduğu ştatlardakı qullar həmin sərəcama salınmamışdı.

ABŞ Konstitusiyası quldarlığa icazə verirdi. ABŞ-ın heç bir prezidenti onu dəyişdirə bilməzdi. Andiçmə mərasimində Lincoln özü demişdi: “Mənim qulları azad etmək gücüm yoxdur”. Buna baxmayaraq, onun qulları azad etməsi haqda mif davam edir.

Əslində, Lincoln 1848-ci ilin sonlarında açıq-aşkar ayrı-seçkilikçi idi. 1848-1861-ci illər arasıda oun fikirləri dəyişdi, bu fikirlərin nəyin sayəsində dəyişdiyini bilmək doğrudan da maraqlı olardı.

O, insanların düşündüyü kimi deyildi, amma bu, onun böyüklüyünü azaltmır. Əslində, məncə, bu onu daha da böyüdür.

Verilməsi çətin olan bir qərar var idi ki, Lincoln həmin qərarı vermişdi. Bunu romanda bir cümləylə belə ifadə etmişəm: “Vətəndaş Müharibəsində Lincoln Birləşmiş Ştatları xilas etmək üçün savaşmadı, Birləşmiş Ştatları yaratmaq üçün savaşdı.”

Lincoln əlli bölünməz ştat anlayışını yaratdı. Ona qədər həmin anlayış heç vaxt mövcud olmamışdı. Konstitusiyanın da heç yerində yoxdur. İndi bu bölünməz birləşmiş ştatlar anlayışı bizim düşüncəmizə dərindən nüfuz edib.

Tarixən, biz reallığı götürüb inanmaq istədiyimiz miflərə çevirmişik. Bəli, son məqamda, Lincoln 13-cü Düzəlişi müdafiə edib və quldarlığın aradan qalxması prosesini irəli aparıb, amma o, bunu miflərin dediyi kimi etməyib.

Niyə biz həqiqət istəmirik? Romanımda yalnız bu deyil, Lincoln haqda başqa bir neçə mifdən də söhbət açılır.

- Kitabda John F. Kennedy’dən miflər haqda bir sitat gətirirsiniz.
- Bəli, John F. Kennedy deyib: “Həqiqətin ən böyük düşməni adətən yalan deyil... mifdir – davamlı, inandırıcı və qeyri-real mif.”

Mən o sitata rast gəldim və ondan “Lincoln mifi” kitabımda istifadə etdim. Bizim Lincoln haqda baxışımız gerçəyə uyğun deyil, amma bu onun böyük nailiyyətlərini kiçiltmir.

- Romanda James Madison Konstitusiya üçün nə kimi rol oynayır?

- Bu romanda "dövlətimiz Birləşmiş Ştatlar olmaya bilərmi" sualı qoyulur.

Madison bu gün də haradasa davam edən bu debatda çox vacib insan idi. Madison federal Konstitusiya Məcəlləsindən qeydlər hazırlamışdı.

Həmin qeydlər orada o zaman nə baş verdiyi haqda müfəssəl hesabatdır. Amma o qeydlərin dəqiq olub-olmadığına dair heç bir əminliyimiz yoxdur.

Madison'un qeydləri məcələdən 53 il keçəndən sonra çap edilib. O, həmin qeydlərin yalnız ölümündən sonra çap edilə biləcəyi haqda xüsusi vəsiyyət etmişdi.

Özü də o, etiraf edib ki, həmi 53 ildə sözügedən qeydlərdə dəyişiklik edib. Beləcə, Konstitusiya Məcəlləsi ətrafında dəqiq nə baş verdiyinə dair bilgimiz yoxdur.

Madison deyir ki, onlar dövlətin adındakı “Birləşmiş” sözünün olub-olmayacağı haqda danışmayıblar. Amma biz yalnız mənbə kimi Madison'u tanıyırıq. Odur ki romanımda da Madison'un iştirakı vacib bir hissəni təşkil edir.

- "Lincoln Mifi" kitabında İsa Məsihin Son Zamanlarının Əzizləri kilsəsi ("Church of the Latter Day Saints") və onun millətin tarixinə necə daxil olması məsələsindən də söz açılır.
- Bəli. Amerika tarixində adını çəkdiyiniz Mormon Kilsəsi böyük rol oynayır.

Bu romanım üçün araşdırma aparana qədər bu faktdan xəbərsiz olmuşam. Bizim bildiyimiz odur ki, Lincoln “Mormon kitabı”-nı oxumuş ilk prezident olub.

O, həmin kitabı 1862-ci ilin iyul ayında Konqres Kitabxanasında oxuyub. Sonra 1863-cü ilin iyulunda o, Brigham Young ilə gizli saziş bağlayıb.

O saziş Vətəndaş Müharibəsindən sonra kömək olub. Araşdırmam zamanı o həmin ittifaqa rast gələndə anladım ki, bu, yeni kitabımda olmalıdır.

- Və əlbəttə, yeni romanınızda əvvəlki romanlarınızın qəhrəmanı Cotton Malone ABŞ-ın bütövlüyünə təhlükə olduğuna görə hadisələrə müdaxilə edir.

- Bəli..

Romanda büün ölkə tarixi at üstündədir. Əgər bir ştat çıxsa, başqalarının da çıxması zəncir kimi başlaya bilər. Romanı yazmağa başlayanda bunun gülməli olduğunu deyərdim.

Amma məsələni tam araşdırandan sonra indi mənə gülməli gəlmir. Bu, maraqlı bir Konstitusiya məsələsidir və cavabı insanlaırn düşündüyü qədər asan deyil.

- Tarixdə xüsusilə sevdiyiniz bir dövr varmı?

- Əvvəllər bu suala orta əsrlər cavabını verərdim. Amma indi heç bir dövr deyirəm.

Antik dövr haqda “The Alexandra Link” kitabıı yazmışam, Amerika tarixi haqda “The Jefferson Key” kitabını. İndi isə Lincoln və parçalanma haqda... Çin tarixi haqda “İmperatorun sərdabəsi” romanı da yazmışam. Doğrudan da bütün tarixi sevirəm.

- Əgər siz ibtidai məktəbdə və ya yuxarı siniflərdə tarix dərsi desəydiniz, dərs cədvəlinə - kurrikuluma hansısa dəyişiklik edərdinizmi?

- Tarixi öyrətmək üsulumuzu dəyişdirərdim.

Bir neçə il bundan əvvəl "Tennessee Educators Association"-un tarix bölməsinə söhbət üçün dəvət olunmuşdum.

Orada biz tarixi başqa cür tədris etmək haqda müzakirə aparmışdıq. Tarix faktlar və rəqəmlərlə doldurulub. Əgər tarixi belə tədris etsən, darıxdırıcı olacaq.

Tarix hekayədir. Tarixi hekayə formasına salsan, uşaqlar daha çox maraqlanacaqlar.

Video oyunlarıın insanları belə asanca təsir altına salmasının bir səbəbi budur. Onlar hekayə danışır və təxəyyülü məşğul edir.

Tarixi də hekayəçilik nəzərindən danışsan, bu qədər maraqlı və təsirli ola bilər. Tarix kontekstdə danışılmalıdır, çünki o, bir-birilə əlaqəlidir.

Tarixdə bir-birindən tədric olunmuş vəziyyətlər yoxdur. Bu da insan inkişafına aid çox maraqlı cəhətdir, – hamısı qarşılıq əlaqədə olub. Sən də o tarixi danışmalı və öyrətməlisən.

- Tarix niyə vacibdir?

- Qoyun sizə bir misal çəkim. Çində hər dəfə yeni imperator hakimiyyətə gələndə əvvəlki sülalədən qalmış hər şeyi məhv edirdi.

Bütün kitabları və qeydləri yandırırdı. Sanki heç əvvəlki imperatorlar mövcud olmayıblar. Minillərlə belə davam edib.

Jesuitlər 17-ci əsrdə Çində hakimiyyətə gələdə onlar su saatı aldılar. Çinlilər çox xoşladı bu saatı.

Onlara elə gəldi ki, bu saat dünyada gördükləri ən möhtəşəm şeydir. Jesuitlər çox təsirləndilər və sual verdilər:

“Axı niyə belə heyrətlənirsiniz? Bunu siz özünüz ixtira etmisiniz”. Çinlilərin keçmişdə nə etdiklərindən xəbərləri yox idi.

Bu hekayə tarixin niyə vacib olduğunu göstərir. Haradan gəldiyin vacib məsələdir. Keçmişdə nə etdiyin vacib məsələdir. Bunlar sənin indi harada olduğunu və nə etdiyini təyin edir.

Tarix kim olduğumuzu, hara getdiyimizi öyrənməkdir. Bunun ayrıca bir insanın şəxsi həyat hekayəsilə də əlaqəsi var.

- Çox uğurlu bir müəllif kimi yeni başlayan yazıçılara məsləhətiniz varmı?

- Qoy yazmaq sənətinin qaydalarını öyrənsinlər. Yazmaq təsadüfi risk deyil.

Burada olar və olmazlar var. Yaradıcı ola və qaydaları poza bilərsinizmi? Əlbəttə! Amma qaydaları öyrənməlisiniz. Yazmaq sənətini öyrənməlisniz.

Bunu etməyinsə bir yolu var. Yazmalısınız və öz janrınız haqqında çoxlu oxumalısınız.

Beləliklə, mənim məsləhətim budur: Yazmaq sənəti qaydalarını öyrən, çoxlu yaz və oxu. Bunu etməklə öz üslubunu tapa və inkişaf etdirə bilərsən.

Günün bütün mövzuları

XS
SM
MD
LG