Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:58

ingilis pulunun dəyəri Azərbaycanda da artır


Bakının valyutadəyişmə məntəqələrində deyirlər ki, indi adamlar funt sterlinqi dollar və avrodan çox alırlar

Britaniya mətbuatı yazır ki, funt sterlinq avroya nisbətdə 2007-ci ildən bəri ən yüksək məzənnəsinə qalxıb.

Turistlərin kefidir

Maliyyə ekspertləri bildirirlər ki, bu, Britaniya üçün həm yaxşı, həm də pis xəbərdir.

Beləki bu yüksəlişdən xaricə turist səfərlərinə yollanan britaniyalıların qazanacağı şəksizdir.

Məsələn, İspaniyada və Fransada istirahət edənlər pul kisələrinin 10 faiz ağır olduğunu hiss edəcəklər.

Əvəzində dünya bazarına onsuz da o qədər də çeşid çıxarmayan Britaniya ixracatçısı funtin qiymətə minməsindən zərər görəcək.

Ekspertlər diqqəti belə bir məqama çəkirlər ki, funt sterlinqin qiymətə minməsi bank faizlərinin qalxacağı barədə söz-söhbətin fonunda baş verir. Hazırda Britaniya faizləri İkinci Dünya Müharibəsindən bəri ən aşağı həddədir.

Faizlər qalxarsa, ölkədə milyonlarla ipoteka sahibinin vəziyyəti ağırlaşacaq.

Hazırda bir funt 1, 4411 avroya bərabərdir. Britaniya valyutası ABŞ dollarına nisbətdə də bahalaşıb.

İngiltərə bankı bildirir ki, “Sterlinq son iki ildə çəkisini 18 faiz, ilin əvvəllərindən isə 7 faiz artırıb”.

Bakıda funtu dollardan da çox alırlar

Təhlilçilərin proqnozlarına görə Avropa İttifaqında Yunanıstanın borclarına dair davam edən qeyri-müəyyənlik funtun “salamat valyuta” kimi çəki qazanmasına təsir göstərir.

Onlar deyirlər ki, hətta Yunanıstanla bağlı böhran həll olunduqdan sonra da funt çəkisini saxlamaqda davam edəcək.

Azərbaycanın valyutadəyişmə məntəqələrində də funt sterlinqin satışı nəzərə çarpacaq dərəcədə artıb.

Valyuta dəyişənlərin dediyinə görə indi adamlar funtu hətta dollardan da çox almağa başlayıblar.

Bəzi təhlillərə görə bu, həm də manatın ilin sonlarına doğru təkrar qiymətdən düşəcəyi barədə ehtimallarla bağlıdır.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə hazırda 1 funt sterlinq 1, 6397 manatdır. Ötən lin iyulunda bu rəqəm 1,3407 idi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG