Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:47

Bir ildə maşın idxalı 2 dəfə azalıb


2015-ci ilin I yarısında Azərbaycana 17 640 avtonəqliyyat vasitəsi idxal edilib. 2014-cü ilin analoji dövründə bu rəqəm 34 359 ədəd olub. Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin statistik hesabatında deyilir.

Hesabata əsasən, idxal edilən avtonəqliyyat vasitələrinin 15 745 ədədi avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2014-cü ilin I yarısında bu göstərici 30 917 ədəd təşkil edib.

Bundan başqa, yanvar-iyun aylarında ölkəyə 1 126 yük avtomobili idxal edilib. Bu rəqəm 2014-cü ilin analoji dövründə 3 039 ədəd olub. İdxal olunan avtomobillərin qalan hissəsi digər nəqliyyat vasitələrinin payına düşüb.

2014-cü ildə Azərbaycana 63 368, 2013-cü ildə isə 104 385 avtonəqliyyat vasitəsi idxal edilmişdi.

XS
SM
MD
LG