Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:58

-

“Mən yaxşılıq edəndə özümü yaxşı hiss edirəm. Pislik edəndə pis. Budur mənim dinim.”

"O erkən cəmiyyətlər ki, yardımlaşma, başqa insana mərhəmət, əməkdaşlıq kimi şeyləri inkişaf etdirə bilmişdi, o cəmiyyətlərin başqalarından bu gün də üstünlüyü var."

Joseph C. Sommer

Dinsizin əxlaqlı olmaq üçün səbəbləri

("Humanizm" kitabından tərcümə)

Tanrının varlığını, dinlərin əhəmiyyətini inkar edən humanistlərin tez-tez eşitdiyi ittihamlardan biri belədir:

Tanrının varlığına inanmayan insan üçün Əxlaq, mənəviyyat da yoxdur.

Dinsiz insan əxlaq qanunlarına tabe olmağa da əsas görməyəcək, çünki onlara “Olmaz” deyən Tanrı yoxdur, “hər şey olar”.

Doğrudan da, dinsiz insan üçün Əxlaq nədir? O, əxlaqa niyə riayət edir?

Özünü-müdafiə

19-cu yüzildə yaşamış aqnostik Robert Ingersoll'un fikrincə, qeyri-dindar insan üçün mənəviyyatlı, əxlaqlı olmağın bir səbəbi sırf özünü-müdafiədir.

Axı qeyri-dindar insanlar da öldürülmək, qarət edilmək, zorlanmaq, döyülmək istəmirlər. Onlar bu cür davranışları qadağan edən qanunları dəstəkləyirlər.

Özlərinə qarşı ədalətli davranış, səmimiyyət, hörmət görmək onların da arzusudur və bu arzu onları ədalətli, səmimi, hörmətcil davranışı təbliğ edən qayda-qanunları müdafiə etməyə vadar edir.

Özünü-müdafiə fikrindən qanunlar sistemi və sosial standartlar doğur.

Özünə işləyən maarifcil maraq

Başqalarına qarşı mehriban, köməkcil davranan insan ona görə bunun yaxşı olduğunu düşünür ki, özünə qarşı da eyni davranışı görmək istəyir. Bunu görəndə özünü yaxşı hiss edir.

Pis davranışla üzləşən insan, yəni qurban da, o davranışa şahid olanlar da dərhal özləri haqda düşünürlər.

Məsələn, bəzi insanlar necə yalan danışdıqlarını, oğurluq etdiklərini başqalarına ona görə demirlər ki, bunu eşidənlər dərhal düşünəcəklər: başqalarına qarşı belə davranıbsa mənə qarşı da belə davrana bilər.

Nəticədə həmin insanı təhlükə kimi görürlər.

Onunla bir də münasibətdə olmaq istəmirlər. Ən azı, ziyan görmək ehtimalı vəd edən vəziyyətlərə düşmək istəmədikləri üçün.

Nəticədə elə adamların iş həyatı və şəxsi həyatı zədələnir.

Elə buna görə, başqalarına pis davranmağın özləri üçün arzuolunmaz nəticələr verə biləcəyinə görə, insanlar o davranışı etməkdən çəkinirlər.

Başqalarını sevmək

Növbəti səbəb dinsiz insanların ailəyə, dostlara, başqa insanlara qarşı sevgisidir. Normal insanlar üçün belə sevgi böyük həzz və məmnuniyyət mənbəyidir.

Başqalarını sevməyə sevdiyin obyektləri xoşbəxt görmək arzusu da daxildir.

Məhz bu arzunu yerinə yetirmək məncillikdən qurtulmaq və özünü fəda etmək hissləri doğurur. Bir şeyi sevgilə edəndə onun uğrunda edilən səylər, çəkilən əziyyətlər adam üçün həzzə çevrilir.

Gündəlik həyat gözülə baxanda BİR insan BAŞQA insanlar üçün bu dünyadadır, başqa insanın təbəssümündən, rifahından bizim də xoşbəxtliyimiz asılıdır.

Başqalarını sevmək qabiliyyəti sayəsində insanların bədbəxtliyini görmək bizə ağrı yaşadır.

Emosional və fiziki faydalar

Dinə inanmayan insanların da tanımadıqları və bəlkə heç tanımayacaqları insanlara yaxşılıq etmək üçün səbəbləri var.

Elmi düşüncə insanın emosional və fiziki sağlamlığının yaxşı işlər görməklə inkişaf edə biləcəyini deyir.

Allan Luks “Yaxşılıq etməyin sağaldıcı gücü” (“The Healing Power of Doing Good”) kimi bir çox kitablarda deyilir ki, başqalarına kömək etməyin bu köməyi edən insan üçün çoxlu faydası var.

Charles Darwin deyirdi: “Məncil və dalaşqan insanlar bir araya gələ bilməyəcəklər, bir araya gəlmədənsə heç bir şey etmək olmaz.”

“Etdiyiniz hər bir kömək sizi pozitiv hisslərlə doldurur və həyatın yardımlaşmaq, səmimiyyət, sevgi kimi vacib tərəflərini xatırladır."

Abraham Lincoln əxlaq haqda fikrini belə ifadə edirdi: “Mən yaxşılıq edəndə özümü yaxşı hiss edirəm. Pislik edəndə pis. Budur mənim dinim.”

İnsanlığın təkamül tarixi baxımından da bu, əhəmiyətlidir. O erkən cəmiyyətlər ki, yardımlaşma, başqa insana mərhəmət, əməkdaşlıq kimi şeyləri inkişaf etdirə bilmişdi, o cəmiyyətlərin başqalarından bu gün də üstünlüyü var.

Charles Darwin deyirdi: “Məncil və dalaşqan insanlar bir araya gələ bilməyəcəklər, bir araya gəlmədənsə heç bir şey etmək olmaz.”

Thomas Jefferson öz bacısı oğlu Peter Carr'a yazdığı nəsihətində Tanrıya inanmağın mənəviyyat üçün vacib olmadığını deyirdi.

“Tanrının mövcudluğunu belə, sorğula. Bu sorğulamanın fəsadları nə olar deyə qorxma. Əgər bu sorğulama Tanrının yoxluğu ilə bitsə, onda Tanrını başqalarına sevgi şəklində təcrübə etməkdən ötrü rahatlıq və məmnuniyyət hiss edəcəksən.”

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG