Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:19

Müharibədə həlak olanların ailələrindən sığorta tələbi...


Arxiv fotosu
Arxiv fotosu

-

"Oğlum 22 il əvvəl şəhid olub. Neçə ildir ki, sığorta üçün döymədiyimiz qapı qalmayıb. Lazm olan bütün qurumlara müraciət etmişik. Elə bircə onu deyirlər ki, gözləyin. Konkret deyən yoxdur ki, hara qədər gözləməliyik? Adamın ölümündən 22 il ötüb, sığortaya görə isə hələ də məmur qapılarındayıq".

Leyla Şahlarova Bakı sakinidir. Qarabağ müharibəsi başlayanda yeganə övladı Daşdəmir Şahlarov da əlinə silah alaraq torpaqların müdafiəsinə yollanıb. 22 il əvvəl Ağdərədə döyüşlər zamanı həlak olub. Bir neçə il əvvəl ailə xəbər tutub ki, müharibədə həlak olanların ailələrinə və müharibə əlillərinə sığorta ödənilməlidir.

MİLLƏT VƏKİLİNDƏN SIĞORTA SÖHBƏTİNƏ MÜNASİBƏT

Bir müddət əvvəl Milli Məclisin sosial siyasət komitəsinin sədri Musa Quliyev də bu məsələyə belə münasibət bildirib:

“Problemin səbəbi sosial sığorta almalı olan hərbi qulluqçularının özlərinin və ya yaxınlarının vaxtında müraciət etməməsidir. 2013-cü ildə sığorta haqqının ödənilməsi müddəti limitsiz olması ilə bağlı qanunvericilikdə dəyişiklik edilib. Yəni sığorta haqqının 2 il müddətinə alınması ilə bağlı məhdudiyyət qaldırılıb. Bundan sonra isə kütləvi şəkildə sığorta haqlarının alınması ilə bağlı müraciətlər başlanılıb. Amma burda da başqa bir problem ortaya çıxıb. Məsələ ondadır ki, 2006-cı ilə qədər sığorta 1100 manat dəyərində, 2006-cı ildən sonra isə 11000 manat dəyərində olub. Həmin vaxt ayrılmış vəsait 1100 manat olduğu üçün Dövlət Sığorta Şirkəti bu vəsaiti onların istədiyi 11000 manat miqdarında ödəyə bilmir. Azərbaycan dövləti öz vətəndaşını heç vaxt köməksiz buraxmır və onun üçün həmişə ən yaxşı olanını edir. hazırda bu problemlə Milli Məclisin iştirakı ilə Nazirlər Kabineti ciddi məşğul olur. Yəqin ki bu problem həllini tapacaq”.

"HƏR ŞEYƏ PUL TAPILIR, SIĞORTADAN BAŞQA"

Ancaq millət vəkilinin belə münasibəti sığorta iddiasında olan ailələri qane etməyib.

Leyla Şahlarova:

"Prezident özünə 245 milyolnuq təyyarə ala bilir, Avropa oyunlarına 8 milyard xərcləməyə pul tapılır, abadlıq işlərinə yarım milyard sərf edilir, amma şəhid ailəsinə verməyə pul tapılmır? Hər hansı yol qovşağının tikintisi üçün 10 qat artıq vəsait mənimsənilir, amma şəhid ailəsini 10 dəfəartmış sığorta pulunu vermək mümkün olmur? Dünyanın hər yerində milyonluq villalar almağa, ölkənin hər yerində milyonlarla manata başa gələn parklar tikməyə pul tapılır, düşmənlə döyüşdə şəhid olanlara 100 milyon tapılmır. Hər il “Gül bayramı” adı altında 10 milyonlarla vəsait talan edilir. Amma 13500 şəhid ailəsinə 11000 manat ödəməkdən imtina edilir. Guya, Milli Məclis bu məsələyə baxacaqmış, guya şəhid ailələri vaxtında müraciət etməyib. İndiki müraciət ediblərsə, illərlə müzakirə aparmağa nə ehtiyac var?"

Uzun müddətdir Qarabağ müharibəsində həlak olanların ailələrinə və müharibə əlillərinə ödənilməli olan sığorta pulu verilmir. Hətta bununla əlaqədar dəfələrlə aksiya da keçirilib.

XS
SM
MD
LG