Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:57

Kürdlərə qarşı kimyəvi silah işlədilib


İraqda Kürd döyüşçüləri
İraqda Kürd döyüşçüləri

-

Özünü «İslam Dövləti» adlandıran qrup Suriyada və İraqda kürdlərə qarşı kimyəvi silahdan istifadə edib.

Bunu iyulun 18-də kürd silahlıları və monitorinq qrupları bəyan edib.

Onlar bildiriblər ki, kimyəvi silah iyunun 21-22-də kürd mövqelərinə hücum zamanı istifadə edilib.

Kürd qüvvələri İraq və Suriyada İD-ə qarşı mübarizədə mühüm rol oynayır.

Kimyəvi silahın növü hələ ki, dəqiqləşdirilməyib. Ancaq döyüşçülərə qarşı istifadə edilən qazdan ölən olmayıb, çünki onlar təcili hospitallara çatdırılıblar.

ABŞ bildirib ki, kimyəvi silahdan istifadə ilə bağlı məlumatlıdırlar və əlavə informasiyalar toplayırlar.

XS
SM
MD
LG