Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:59

İraqda 100-dən çox adam öldü


Foto illüstrasiya
Foto illüstrasiya

-

İyulun 17-də İraqda bazar yaxınlığında törədilən partlayışda 100-dən çox adam ölüb. Onların arasında uşaqlar da var.

Olay Bağdadın 30 km-də yerləşən Xan Bani Saad şəhərində baş verib.

Partlayışın gücündən bir neçə bina dağılıb.

Həlak olan və yaralanan insanlar Ramazan bayramını qeyd edirlərmiş.

Özünü «İslam Dövləti» adlandıran yaraqlılar məsuliyyəti öz üzərilərinə götürüblər. Bildiriblər ki, əvvəldən 3 ton bomba yüklənmiş maşın əraziyə göndərilib. Onlar şiə müsəlmanlarını hədəfə alıblar.

Partlayışdan sonra qəzəblənmiş kütlə küçələrdə saxlanmış maşınların pəncərələrini qırıblar.

Polis şefi Ahmed al-Tamimi deyib ki, bəzi adamlar uşaqların parçalanmış bədənlərini toplamaq üçün tərəvəz qutularından istifadə edirdilər.

XS
SM
MD
LG