Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:47

-

Səkkizinci dəfə

İranda bədii ədəbiyyatın nəşri sahəsində “bum” müşahidə olunur.

Təkcə bu həftə 249 adda kitab nəşr olunub ki, onların 66-sı təkrar çap olunan, 183-ü ilk dəfə nəşr olunan kitablardır.

IBNA Kitab agentliyinin xəbərinə görə, bu kitabların 47-si dünya ədəbiyyatından tərcümələrdir.

Filosof Roland Barthes’ın “Mətn həzzi” kitabı səkkizinci dəfə, John Steinbeck’in “Mirvari” kitabı üçüncü dəfə, George Carol Oates’in “Amerikan iştahası” kitabı ikinci dəfə, Louis Ferdinand Celine’in “Kloun” kitabı səkkizinci dəfə nəşr olunur.

İlk dəfə tərcümə olunaraq nəşr edilənlər arasında Alice Munro’nun “Əziz həyat”, Kazuo Ishiguro’nun “Basdırılmış nəhəng” kitabları var.

Günün bütün mövzuları

XS
SM
MD
LG