Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 12:10

Uşağa bas kəsdirirlər...


Uşağın Suriya ordusunun zabitinin başını kəsməsini əks etdirən videodan görüntü.
Uşağın Suriya ordusunun zabitinin başını kəsməsini əks etdirən videodan görüntü.

.

Terrorçu "İslam Dövləti"nin yaraqlıları iyulun 16-da yeni video görüntülər yayıblar.

Videoda yaşı 10-dan çox olmadığı ehtimal edilən uşaq əsirin başını kəsir.

Yaraqlılar əvvəllər də əsirlərin öldürmək üçün uşaqlardan istifadə edib.

Lakin, azyaşlının əsirin başını kəsməsi görüntüləri ilk dəfədir ki, yayımlanır.

Video iyulun 16-da internetə yerləşdirilib.

Əsir götürülən adam bildirir ki, Suriya ordusunda zabitdir.

İngiltərədə mənzillənən Suriya İnsan Haqları Müşahidəsi təşkilatı onun Palmira şəhəri yaxınlığında yaraqlıların əlinə keçdiyini deyir.

Əlində bıçaq olan uşaq əsirin arxasına keçir və saçından tutaraq başını geri dartır.

Bu ayın əvvəllərində də yaraqlılar yenə bir video paylaşmışdılar.

Həmin görüntülərdə də sıraya düzülən 25 Suriya əsgərini azyaşlı oğlan güllələyir.

Iyulun 16-da yayımlanan videoyazıda yaraqlılardan biri deyir ki, onların hədəfi İsrailin paytaxtı və və Romanı ələ keçirməkdir.

XS
SM
MD
LG