Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:06

Gürcüstan sərhəddini gücləndirib


“Gürcüstanla separatçı Cənubi Osetiya sərhədləri təxribatlardan qaçmaq üçün ciddi nəzarətə götürülüb”.

Bunu Gürcüstanın daxili işlər naziri Shalva Enukidze iyulun 17-də bildirib.

O təxribat gözlənildiyindən vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün polisin xüsusi tədbirlər gördüyünü bildirib.

Sərhəd kəndlərində polis nəzarəti gücləndirilib.

Separatçı Cənubi Osetiya sərhəddini qoruyan Rusiya hərbçiləri bu günlərdə sərhəddi bir neçə yüz metr Gürcüstan ərazisinə tərəf çəkiblər.

Nəticədə yerli sakinlərin əkin sahəlkəri bu əraziyə düşüb.

Həmçinin Bakı-Supsa kəmərinin 1600 metrlik hissəsi bu ərazidən keçir.

BMT və AŞPA yaranmış vəziyyətdən dərin narahatlıq bildirib və tərəfləri təxribatlardan qaçmağa çağırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG