Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:08

-

Elşad Nəsirovun sözlərinə görə, Azərbaycan nefti Supsa limanına alternativ yollarla çatdıra bilər...

BMT-nin Baş katibi Ban Ki Moon son günlər Gürcüstanla onun separatçı bölgəsi Cənubi Osetiya sərhədində baş verən hadisələrdən dərin narahatlıq bildirib və tərəfləri təxribatçı hərəkətlərdən çəkinməyə çağırıb.

O qeyd edib ki, bu cür addınlar regionda sülh və sabitlik cəhdlərini poza bilər.

Cənubi Osetiya sərhədini qoruyan Rusiya hərbçiləri bu günlərdə sərhəd xəttini bir neçə yüz metr irəli çəkiblər.

Nəticədə ərazidən ötən Bakı-Supsa kəmərinin 1600 metrlik hissəsi faktiki separatçıların nəzarətinə keçib.

Bundan başqa sərhəd bölgəsində yaşayan yerli sakinlər, əvvəllər əkib-becərdikləri torpaqlardan uzaq düşüblər.

Bu Gürcüstan hökumətinin rəsmi və ciddi etirazı ilə qarşılanıb.

Bu məsələ Rusiya ilə münasibətlər üzrə baş nazir Zurab Abashidze ilə Rusiya xarici işlər nazirinin müavini Grigori Karasinin bu günlərdə Praqada keçirdikləri görüşdə də müzakirə edilib.

Karasin görüşdən sonra deyib ki, sərhədd dəyişdirilməyib və Rusiya-Gürcüstan münasibətlərini gərginləşdirmək istəyən qüvvələr təxribatlara əl atırlar.

AŞPA-da yaranmış vəziyyətdən dərin narahatlıq bildirib.

Sərhəd xəttinin dəyişdirilməsinə etiraz, Gürcüstan, 14 iyul, 2015

Sərhəd xəttinin dəyişdirilməsinə etiraz, Gürcüstan, 14 iyul, 2015

AŞPA-dasərhəddin birtərəfli qaydada Rusiya sərhədçiləri tərəfindən dəyişdirilməsindən dərin narahatlıq bildirib.

Avropa Şurası Parlament Assambleyasının prezidenti Anne Brasseur bildirib ki, administrativ sərhədlərdə dəyişiklik etmək beynəlxalq hüquqa ziddir və yalnız gərginliyi artırır.

O qeyd edir ki, əsas narahatlıq doğöuran məsələ isə odur ki, iqtisadi cəhətdən region üçün çox önəmli olan Bakı-Supsa neft kəməri həmin ərazidən keçir.

Anna Brasseur bir daha Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyib və Rusiyanın hərəkətini ittiham edib.

O qeyd edib ki, bu hərəkət hər iki tərəfdə yaşayan insanları bir-birindən daha da uzaq salır.

Bakı Kəmər üçün heç bir problem görmür.

Elşad Nəsirovun sözlərinə görə, Azərbaycan nefti Supsa limanına alternativ yollarla çatdıra bilər: "Bakı-Supsa kəmərinin Cənubi Osetiya ərazisindən keçən bir neçə kilometrlik hissəsi dəyişdirilməsə belə, çətinlik olmayacaq.

“Bakı-Supsa kəmərinin marşrutu dəyişdirilməsə belə, kəmər üçün hansısa problem yaratmayacaq”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov deyib.

Onun sözlərinə görə, Azərbaycan nefti Supsa limanına alternativ yollarla çatdıra bilər:

"Bakı-Supsa kəmərinin Cənubi Osetiya ərazisindən keçən bir neçə kilometrlik hissəsi dəyişdirilməsə belə, çətinlik olmayacaq.

Çünki, 2008-ci ildəki münaqişədən sonra Gürcüstan və Cənubi Osetiya arasında razılıq əldə edilib.

Digər tərəfdən, əgər problem yaransa, biz həmin nefti Supsaya başqa yollarla çatdıra bilərik və buna imkan var”-deyə o vurğulayıb.

Gürcüstanın energetika naziri Kakha Kaladze bu günlərdə bildirib ki, Bakı-Supsa neft kəmərinə təhlükə yaransa, hökumət Cənubi Osetiya ərazisinə düşən 1500-1600 metrlik hissəni başqa ərazidən çəkə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG