Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:10

AŞPA Gürcüstanla onun separatçı bölgəsi Cənubi Osetiya arasındakı sərhəddin birtərəfli qaydada Rusiya sərhədçiləri tərəfindən dəyişdirilməsindən dərin narahatlıq bildirib.

Avropa Şurası Parlament Assambleyasının prezidenti Anne Brasseur bildirib ki, administrativ sərhədlərdə dəyişiklik etmək beynəlxalq hüquqa ziddir və yalnız gərginliyi artırır.

O qeyd edir ki, əsas narahatlıq doğöuran məsələ isə odur ki, iqtisadi cəhətdən region üçün çox önəmli olan Bakı-Supsa neft kəməri həmin ərazidən keçir.

Anne Brasseur bir daha Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyib və Rusiyanın hərəkətini ittiham edib.

O qeyd edib ki, bu hərəkət hər iki tərəfdə yaşayan insanları bir-birindən daha da uzaq salır.

Günün bütün mövzuları

XS
SM
MD
LG