Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:11

İnter və Qəbələnin mümkün rəqibləri


France -- The Euro 2016 finals logo uveiled in Paris, 26Jun2013

France -- The Euro 2016 finals logo uveiled in Paris, 26Jun2013

İyulun 17-də Avropa Liqası III təsnifat mərhələsinin püşkü atılacaq.

İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Azərbaycanın "İnter" və "Qəbələ" klublarının növbəti mərhələdəki potensial rəqibləri müəyyənləşəcək.

Hər iki klub səpələnməmişlər səbətindədir.

Bu o deməkdir ki, bu mərhələdə daha güclü rəqiblər olacaq.

“Qəbələ” "Çukariçki"ni keçə bilsə, “Dortmund” , “Vest Hem” və aşağıdakı digər komandalarla düşə bilər.

"Borussiya" (Dortmund, Almaniya)

"Atromitos" (Yunanıstan)

"Standard" (Lyej, Belçika)

"Slovan" (Liberets, Çexiya)

"Apollon" (Limassol, Kipr) / "Trakay" (Litva) cütünün qalibi

"Vest Hem" (İngiltərə) / "Birkirkara" (Malta) cütnün qalibi

“İnter” isə səfərdə 2:1 hesabı ilə qalib gəldiyi "Hafnarfyordur"u keçməklə III təsnifat mərhələsində “Atletik” (Bilbao), “Trabzonspor” və aşağıda komandalarla qarşıla bilər:

"Atletik" (Bilbao, İspaniya)

"Krasnodar" (Rusiya)

"Viktoriya" (Portuqaliya)

"Trabzonspor" (Türkiyə) - "Differdanj" (Lüksemburq) cütünün qalibi

"Koper" (Sloveniya) - "Hayduk" (Split, Xorvatiya) cütünün qalibi

"Yagelloniya" (Polşa) - "Omoniya" (Kipr) cütünün qalibi

Günün bütün mövzuları

XS
SM
MD
LG