Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:11

Avstraliya təyyarə qəzasını anır


Qəza yerində meyitləri axtarırlar, 26 iyul, 2014-cü il

Qəza yerində meyitləri axtarırlar, 26 iyul, 2014-cü il

-

İyulun 17-də Avstraliyada bir il öncə Ukrayna səmasında vurulmuş təyyarədə ölənlərin xatirəsinə anım mərasimi keçirilib. Qəzada ölən 298 nəfərin 38-i Avstraliya vətəndaşları idi.

Baş nazir Tony Abbott hadisə qurbanlarının adları həkk olunmuş xatirə lövhəsinin açılışını edib. Abidə Kanberada Parlament Binasının bağında qoyulub. Lövhə təyyarənin vurulduğu yerdən götürülmüş torpaq üzərində ucaldılıb.

Malayziya hava yollarına məxsus Boeing 777 Amsterdamdan Kuala Lumpura uçurdu.

Təhqiqatçılar təyyarəni Ukraynanın şərqindəki separatçıların vurduğuna inanır. Rusiya və separatçılar bunu danır.

İyulun 17-də Ukrayna və Niderlandda da anım tədbirləri keçiriləcək.

XS
SM
MD
LG