Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:08

«525-ci qəzet»: «Qarabağ danışıqlarında irəliləyiş əldə olunub?»


«Bakı-Xəbər» qəzetində bildirilir ki, Azər­bay­can­da azad mət­bu­a­ta və in­san hü­quq­la­rı­na qar­şı ha­ki­miy­yə­tin baş­la­dı­ğı ye­ni təz­yiq kam­pa­ni­ya­sı­na, göz­lə­nil­di­yi ki­mi, Qərb dip­lo­ma­tik da­i­rə­lə­rin­dən cid­di na­ra­zı­lıq re­ak­si­ya­la­rı səs­lən­mək­də­dir. ATƏT öl­kə­lə­ri­nin Ba­kı­da­kı sə­fir­lik­lə­ri­nin nü­ma­yən­də­lə­ri - ABŞ sə­fir­li­yi­nin si­ya­si mə­sə­lə­lər üz­rə mü­şa­vi­ri Co­an Po­la­şik, Bri­ta­ni­ya sə­fi­ri­nin mü­a­vi­ni Ko­lin Belz, ATƏT-in Qa­nun­la­rın Ali­li­yi İnsti­tu­tu­nun mü­di­ri Andre­as Bu­şun no­yab­rın 15-də «Azad­lıq» qə­ze­ti­nin re­dak­si­ya­sı­na baş çək­dik­dən son­ra səs­lən­dir­di­yi fi­kir­lər də bu­nu təs­diq edir. Müəllif yazır ki, Qərb, me­dia ilə ya­na­şı, Azər­bay­can­da in­san hü­quq­la­rı sa­hə­sin­də də və­ziy­yət­dən na­ra­hat­lı­ğı­nı giz­lət­mir. No­yab­rın 13-14-də Av­ro­pa Şu­ra­sı­nın İn­san Haq­la­rı üz­rə Ali Ko­mis­sar­lı­ğı­nın təş­kil et­di­yi «Av­ro­pa in­san haq­la­rı mü­da­fi­ə­çi­lə­ri­nin qo­run­ma­sı» ad­lı top­lan­tı­da da Azər­bay­can cid­di tən­qid hə­də­fi­nə çev­ri­lib. Top­lan­tı­nın so­nun­da qə­bul edi­lən kol­lok­vi­um­da gös­tə­ri­lir ki, Azər­bay­can­da in­san hü­quq mü­da­fi­ə­çi­lə­ri böh­tan kam­pa­ni­ya­sı­nın qur­ba­nı­na çev­ri­lib­lər. Bu da on­la­rı ic­ti­ma­iy­yə­tin gö­zün­dən sal­maq məq­sə­di da­şı­yır.


«Yeni Azərbaycan» qəzetindəki «Almaniya Azərbaycandakı investisiya mühitindən faydalanmaq istəyir» başlıqlı məqalədə bildirilir ki, Almaniyanın Ətraf Mühit, Təbiətin Mühafizəsi və Nüvə Təhlükəsizliyi üzrə Federal Nazirliyinin Dövlət katibi Astrid Klud dünən Kənd Təsərrüfatı Nazirliyində keçirilən görüşdə bəyan edib ki, almanlar Azərbaycanda kənd təsərrüfatının davamlı inkişafı ilə əlaqədar proqramlara maraq göstərir. Xanım Klud əlavə edib ki, Almaniya Avropa İttifaqının Qonşuluq Siyasəti proqramına uyğun olaraq Azərbaycanda bir sıra layihələrin həyata keçirilməsini nəzərdə tutur. Qafqaz regionunda reallaşacaq proqramların maliyyə məsələlərinin təmin olunmasında federal hökumət daha yaxından dəstək olmaq niyyətindədir.


«525-ci qəzet» dəki «Qarabağ danışıqlarında irəliləyiş əldə olunub?» başlıqlı məqalədə müəllif yazır ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Brüsseldəki görüşündə tərəflər irəliyə doğru addım atmağa nail olublar və indi iki ölkə prezidentlərinin görüşünə hazırlıq gedir. XİN-in Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə bildirib ki, Minsk Qrupu həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə hazırlıq məqsədilə noyabrın 21-23-də regiona səfər edəcəklər. Həmsədrlər əvvəlcə Yerevana, sonra isə Bakıya baş çəkəcəklər. Prezidentlərin görüşünün isə noyabrın 28-də Minskdə MDB dövlət başçılarının sammiti çərçivəsində keçirilməsi gözlənilir. Cənab Tağızadənin sözlərinə görə, bu barədə razılıq iki ölkə XİN başçısının Brüsseldəki görüşündə əldə edilib.


«Xalq Cəbhəsi» qəzeti yazır ki, müəllimlər əməkhaqlarını ala bilmirlər, hökumət maaşların vaxtında ödənməsini yubadır. Belə ki, indiyədək təhsil işçilərinə sentyabr ayının ikinci yarısı üzrə və oktyabr ayı tam olmaqla əməkhaqları verilməyib. Hökumət qurumları bu məsələyə aydınlıq gətirmək istəmirlər. Müəllif yazır ki, dövlət büdcəsinin gəlirlərinin təmin olunduğu bir vaxtda maaşların vaxtında verilməməsi narahatlıq doğurur. Əgər belə hal yanvar ayında baş versəydi, bunu başa düşmək olardı. Çünki adətən ilin əvvəlində yeni büdcə ilinin başlanmasıyla əlaqədar yubanmalar olur. Amma indiki vaxtda - neft pullarının su kimi ölkəyə axdığı bir zamanda əməkhaqlarının yubadılması başa düşülən hal deyil.


XS
SM
MD
LG