Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:18

-

İyulun 16-da Britaniyanın xarici işlər naziri Philip Hammond Malayziya təyyarəsinin vurulmasını BMT tribunalının araşdırması çağırışlarına dəstəyini bildirib. Malayziya təyyarəsi düz bir il əvvəl Ukrayna səmasında vurulub.

“Həyatını itirmiş 298 günahsız insan üçün ədalət təmin olunmalıdır,” Hammond deyib.

Britaniya bu addımı nəzərdən keçirən BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir.

“Beynəlxalq tribunal lazımdır. BMT-nin bütün üzvlərini cinayətkarların təqibinə cəlb edən qətnamə qəbul olunmalıdır. Bu prosesə zərbə vuracaq hər hansı cəhd qurbanları ədalətdən məhrum edər və buna dözümlü yanaşmaq olmaz,” Hammond bildirib.

Niderland, Malayziya, Avstraliya, Belçika və Ukrayna beynəlxalq məhkəmənin yaradılması üçün Təhlükəsizlik Şurasına qətnamə layihəsi təklif ediblər. Ölkəsi şurada veto hüququna malik olan Rusiya prezidenti Vldimir Putin addımı “erkən” və “əks-təsirli” adlandırıb. O, iyulun 16-da bildirib ki, ilk öncə qəzanın təhqiqatı bitməlidir.

Niderlandın başçılıq etdiyi təhqiqatçıların fikrincə, dəlillər Ukraynanın şərqindəki separatçıların təyyarəni Rusiya raketi ilə vurduğunu göstərir.

Rusiya və silahlılar hər hansı məsuliyyət daşımadıqlarını deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG