Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:21

-

"Nə gözləyirlər? Bina tamamilə uçsun, qalaq daş-qalağın altında? Bizim ölməyimizlə ölkənin bütün işləri qaydasına düşəcəksə, heç səsimizi də çıxarmayaq".

Mingəcevir şəhəri, "Sağ sahil" adlanan ərazidəki yarımçıq mehmanxanada məskunlasmış bir qrup məcburi köçkünlər "Qaynar xətt"ə danışırlar.

"HƏR DƏFƏ DEYİRLƏR, GÖZLƏYİN, NÖVBƏ SİZƏ DƏ ÇATAR"

Sakinlərin iddiasına görə, yaşadıqları bina qəzalı vəziyətdədir. Hər an uçmaq təhlükəsi var.

"Hər dəfə yığışıb icra hakimiyyətinə gedəndə deyirlər, az qalıb, bir az da dözün. köçkünlər üçün binaların tikintisi işi sürətləndirilib. Sizə də növbə çatacaq.

Köçkün Əlirza Hüseynov:

"Taleyimiz qalıb səlahiyyət sahiblərinin ümidinə. Onlar da deyir, gözləyin. Oturub ölümümüzü gözləyirik. Burada kimisinin ciyəri sıradan çıxıb, kimisinin böyrəyi... Uşaqlar xəstə doğulur... Nəmişlik, şəraitsizlik, adam boyda siçovullar..."

Köçkünlərin bdeməsinə görə, dövlət qurumlarının nümayəndələri qəzalı binaya dəfələrlə baxış keçiriblər. Hər dəfə də vəziyyətin dözülməz olduğunu dilə gətirib, köçkünlərə səbr diləyib çıxıb gediblər.

"EVLƏR KƏNARDAN GƏLƏNLƏRƏ SATILIR"

Köçkünlər dəfələrlə aksiya keçiriblər. Diqqəti durumlarına çəkmək üçün yol bağlayıblar. Sonuncu aksiyanı Avropa Oyunlarına bir neçə gün qalmış keçiriblər. Prezidentdən və "Qaçqınkom" sədri Əli Həsənovdan yeni inşa edilmiş köçkün şəhərciyində məskunlaşmalarına kömək istəyiblər.

"Mingəçevirdə təzəlikcə qaçqın şəhərciyi salıblar. Evlər kənardan gələnlərə satılır. Ev-eşiyi olanlar pulunu verib şəhərcikdən də ev alırlar. Bizsə illərdir ki, yarımtikili mehmanxana binasında çürüyürük".

Mingəçevir şəhər İcra Hakimiyyətindən bildiriblər ki, bu ilin fevral ayında köçkünlər üçün yeni salınmış yaşayış kompleksi istifadəyə verilib. Kompleksin açılışında prezident İlham Əliyev də iştirak edib. Həmin kompleksə Mingəçevirdəki yataqxanalarda məskunlaşmış köçkün ailələri köçürülür. Mehmanxanada məskunlaşmış köçkünlərə gəlincə, yaxın vaxtlarda növbə onlara da yetişəcək.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG