Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:14

Qvatemalada korrupsiya əleyhinə 12-ci beynəlxalq konfrans keçirilir


Qvatemalada korrupsiya əleyhinə 12-ci beynəlxalq konfrans keçirilir. Tədbirdə Beynəlxalq Şəffaflıq Təşkilatının 2006-cı il üzrə «Saflıq» mükafatının qalibi müəyyənləşib. O, Perunun tanınmış prokurorlarından biri Ana Cecilia Magallanes Cortez olub. Bu xanımın apardığı təhqiqat nəticəsində 1500 nəfərlik kriminal qrupa himayədarlıq etmiş 14 general və ölkənin baş prokuroru həbs edilib.


60-dan çox ölkədən 1000-ə qədər nümayəndənin iştirak etdiyi tədbirdə Azərbaycanı rəsmi şəxslər və QHT nümayəndələri təmsil edir. İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlunun «Azadlıq» radiosuna verdiyi məlumata görə, konfransın ilk günü bir neçə Cənubi Amerika ölkələrinin prezidentləri Korrupsiyadan Azad Zona yaradılması haqqında birgə Bəyannamə imzalayıblar.


Tədbir noyabrın 18-də başa çatacaq.



Günün bütün mövzuları

XS
SM
MD
LG