Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:08

Azərbaycan Beynəlxalq Valyuta Fonduna güzəştə getdi


Azərbaycan Beynəlxalq Bankı

Azərbaycan Beynəlxalq Bankı

-

Hökumət Azərbaycan Beynəlxalq Bankı məsələsində Beynəlxalq Valyuta Fondunun tövsiyəsinə əməl etməyə məcbur oldu.

Bankın problemli borcları onun özəlləşdirilməsi məsələsini yenidən gündəmə gətirildi.

İyulun 15-də prezident İlham Əliyev bankın dövlətə məxsus səhmlərinin (51,7%) özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında fərman verib.

Bu, son 10 il ərzində dövlətə məxsus iki bankdan birinin özəlləşdirilməsini ehtiva edən sayca 3-cü fərmandır.

Bundan bir neçə il öncə ABB-də dövlətə məxsus səhmlərin bir hissəsinin satışı məqsədilə beynəlxalq məsləhətçilərdən ibarət konsorsium cəlb edilmişdi. Lakin dünyadakı iqtisadi və maliyyə böhranı, eləcə də banka kapital cəlbi ilə bağlı atılan addımlar bu niyyətin qarşısını aldı.

Aktivlərinin həcminə və bank xidmətləri sahəsində payına görə ölkənin birinci bankını iki yerə parçalamaq, bununla da bank sektorunda rəqabətin artırılmasına nail olmaq üçün Beynəlxalq Valyuta Fondu artıq neçə ildir ki, hökumətin “qulağını doldurur”.

Aktivlərinin həcminə və bank xidmətləri sahəsində payına görə ölkənin birinci bankını iki yerə parçalamaq, bununla da bank sektorunda rəqabətin artırılmasına nail olmaq üçün Beynəlxalq Valyuta Fondu artıq neçə ildir ki, hökumətin “qulağını doldurur.

Nəhayət, ABB-nin dərin kredit böhranı zolağına ədəm qoyduğu bir zamanda hökumət BVF-ə güzəştə getməli oldu.

Prezident fərmanda etiraf edilir ki, “bankın idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan riskli investisiya layihələrinin maliyyələşdirilməsi bankın maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına və likvidliyinin daralmasına səbəb olub”.

Sənəd ABB-nin problemli aktivlərinin bankın idarəetməsindən çıxarılmasını və ixtisaslaşmış quruma - dövlətə məxsus “Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatına verilməsini nəzərdə tutur.

ABB-nin problemli aktivlərinin ötürülməsi sxeminə görə, onların alınmasının və idarə edilməsinin maliyyələşdirilməsi üçün “Aqrarkredit” uzunmüddətli, aşağı faizli borc istiqrazları buraxaraq qiymətli kağızlar bazarında satacaq. Bu istiqrazların ödənilməsinə dövlət zamanəti veriləcək.

Fərmanda Maliyyə Nazirliyinə “Azərbaycan Beynəlxalq Bankı” ASC-də restrukturizasiya və sağlamlaşdırma tədbirləri başa çatdıqda önun dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi üzrə tədbirlər planını altı ay müddətində hazırlayıb prezidentinə təqdim etmək tapşırılıb.

Maraqlıdır ki, “Aqrarkredit” QSC-nin problemli borcların idarə olunması ilə bağlı təcrübəsi var. Bu qurumun özü 1990-cı illərdə birləşdirilmiş üç dövlət bankının problemli kreditlərinin idarə olunması üçün yaradılmışdı. Lakin sonradan bu vasaitlərin taleyi barədə bir malumat verilmədi.

Günün bütün mövzuları

XS
SM
MD
LG