Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:05

Avrozona ölkələrinin maliyyə nazirləri Yunanıstan parlamentinin yardım paketinin şərtlərini qəbul etməsindən sonra Afina ilə formal danışıqlara başlamaq razılığına gəliblər.

Razılaşma iyulun 16-da keçirilən telekonfransda əldə edilib.

Kəskin iqtisadi islahatlar əvəzində Yunanıstana 86 milyard avroluq yeni xilas paketi ayrılacaq.

İclasda həmçinin Yunanıstana ümumi fonddan 7 milyard avro kredit verilməsi barədə razılıq əldə olunub.

Bu məbləğ xilas paketinin təsdiqlənməsinədək vəziyyətin tənzimlnməsinə sərf ediləcək.

Avropa Mərkəzi Bankı isə Yunanıstan banklarının daha çox vəsait buraxmasına icazə verib.

Söhbət həftə ərzində 900 milyon avrodan gedir.

Yunanıstan bankları iyunun 29-dan bağlı idi və bankomatlardan gün ərzində cəmi 60 avro çıxarıla bilərdi.

Yunanıstan parlamenti iyulun 15-də ticarətdə verginin artırılması və pensiya islahatları da daxil olmaqla kəskin iqtisadi islahatlar planını qəbul edidib.

Günün bütün mövzuları

XS
SM
MD
LG