Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:03

-

Azərbaycanı fotoqraf Rüfət Əliyev Böyük Britaniya Kral Fotoqrafiya Cəmiyyətinə (BBKFC) üzv seçilib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, Rüfət Əliyev bu nüfuzlu cəmiyyətin üzvü olmaq şərəfinə layiq görülmüş ilk azərbaycanlıdır.

BBKFC-nin rəhbərliyi onun 2014-cü ildəçəkdiyi «Əlahəzrət...» layihəsindən olan fotoşəkilləri yüksək qiymətləndirib.

Rüfət Əliyev bu şəkilləri Uels şahzadəsinə göndərib və tezliklə cavab alıb.

Kral həzrətləri fotoşəkillərə görə Rüfət Əliyevə təşəkkür edib və ona ən xoş arzularını bildirib.

Hazırda həmin şəkillər-cəmi 13 foto BBKFC-nin Fenton Hausdakı kitabxanasına verilib.

Üstəlik,Rüfət Əliyevin «Əlahəzrət...» seriyasından işləri dünya şöhrətli fotoqrafların BBKFC-nin beynəlxalq sərgisi (dünyada ən uzunsürən sərgi) üçün seçilmiş 100 ən yaxşı fotoları siyahısına salınıb.

Sərgi 2015-ci ilin oktyabrında Londonda «Old Truman Brewery» qalereyasında, daha sonra Böyük Britaniyanın hər yerində nümayiş etdiriləcək.

Əsası 1853-cü ildə britaniyalı fotoqraf Roger Fenton tərəfindən qoyulan Böyük Britaniya Kral Fotoqrafiya Cəmiyyəti (BBKFC) dünyanın ən nüfuzlu fotoqrafiya birliklərindən biridir.

Dünyanın hər yerindən adlı-sanlı fotoqraflar bu cəmiyyətin üzvüdürlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG