Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:38

Nazirlik otellərin ulduzlarını sayacaq


Əbülfəs Qarayev
Əbülfəs Qarayev

-

«Yalandan yazırlar ki, hotel üç- və ya dördulduzludur. Ancaq real olaraq bu hotellərin standartları təqdim edilən xidmətlərin standartlarına heç cür uyğun gəlmir. Ona görə də biz artıq tələb edəcəyik ki, qiymətlər qanunvericilik çərçivəsində standartlara uyğunlaşdırılsın».

apa-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, regionlarda mövcud olan bütün hotellərin qiymət siyasətinə yenidən baxılması tövsiyə olunub:

«Biz hesab edirik ki, bu gün hər hansı bir otelin, motelin, qonaq evinin tikintisi zamanı sahibkar mütləq onun standartlarını Mədəniyyət və Turizm Nazirliyi ilə birgə müəyyənləşdirməlidir. Çünki bu standartlar həm də qiymətlərin tənzimlənməsinə ciddi təsir göstərəcək».

Nazir əlavə edib ki, hər mövsüm hotellərlə bağlı monitorinqlər aparılır: «Xidmətlərin keyfiyyətinin müvafiq qiymətə münasib olmasını təmin edə bilərik. Sözsüz ki, bu, bir-iki günün məsələsi deyil. Bu mövsümdə bizə tam mənzərə aydın olacaq və bütün təhlilləri aparıb, yaxın vaxtlarda qiymətlərin daha məntiqli olması barədə öz qərarımızı və tövsiyələrimizi verəcəyik».

Prezident İlham Əliyev iyulun 13-də Nazirlər Kabinetinin iclasında otellərin, xüsusən də bölgələrdə otellərin baha olması haqda siqnallar aldığını bildirib.

XS
SM
MD
LG