Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:38

Qafqaz Müsəlmanaları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə xalqı təbrik edib.

O təbrik məktubunda Allahdan oruc və namazların qəbulu, duaların müstəcab olmasını dilədiyini bildirir.

“Qoy, islam dininə ehtiram nümayiş etdirən, Allahın vacib hökmü olan oruc ibadətini səmimi hisslərlə başa vuran xalqa bu mübarək ayın fəzilət və bərəkətləri nəsib olsun!”, - A.Paşazadə qeyd edir.

Allahşükür Paşazadə bir daha əziz bayram Eydül-Fitr səadətinə yetişən bütün müsəlmanları səmimi qəlbdən təbrik edir, xeyir-dualarını bildirir.

XS
SM
MD
LG