Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:05

Azərbaycan ABŞ-ın barışıq jestinə «hə» deyir, amma...


Amos Hochstein
Amos Hochstein

-

«Azərbaycan» qəzeti son bir ildə gərginlik müşahidə edilən ABŞ-Azərbaycan münasibətlərindən yazıb. Həmin məqalə belə adlanır: «Azərbaycan ABŞ-ın barışıq jestinə «hə» deyir, amma...».

Qəzet yazır ki, ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi elçisi Amos Hochstein-ın prezident İlham Əliyevlə görüşü iki ölkənin münasibətlərində yaranmış anlaşılmaz soyuqluğun aradan qaldırılması üçün real zəmin yaradıb:

«Belə demək mümkündürsə, ABŞ Azərbaycana barışıq təklif edib. Çünki son illər ABŞ rəsmilərinin Azərbaycana səfərləri zamanı verdikləri açıqlamaların təhlili göstərir ki, cənab Hochstein ənənəvi «diktat» və «şərtqoyma» ritorikasını təkrarlamadan ikitərəfli münasibətlərin bərpa edilməsi və inkişafında öz ölkəsinin maraqlarını ifadə edib».

Məqalədə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun fikirlərinə də yer ayrılıb: «İkitərəfli əlaqələr kimlərinsə öz dominantlıq iddialarını reallaşdırmaq istəyi üzərində deyil, ümumi maraqlar, bərabərhüquqlu əməkdaşlıq, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında inkişaf etdirilə bilər. Azərbaycanı «satellit», yaxud forpost dövlət kimi görmək istəyənlər nə qədər tez bu fikirlərindən əl çəksələr, bir o qədər ölkəmizlə yaxın dost ola bilərlər».

ARİF MƏMMƏDOV BAŞ PROKURORLUĞA VERİLDİ

«Azadlıq» yazır: «Arif Məmmədovu həbs etmək istəyirlər?».

Arif Məmmədov
Arif Məmmədov

Hesablama Palatası yaydığı açıqlamada bildirir ki, 2007-2012-ci illərdə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin saxlanılmasına büdcədən ayrılan vəsaitlərin istifadəsi zamanı qanunsuz xərcləmələr, rəsmi sənədlərə yalan məlumatların daxil edilməsi, dövlət sirrinin qorunmaması və bir sıra ciddi nöqsanlara yol verilib. Həmin müddətdə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi hazırda hakimiyyətə yönəlik tənqidləri ilə məşhur olan Arif Məmmədov olub.

«Azadlıq» qəzetinə açıqlamasında Arif Məmmədov bu qərarı gülünc adlandırıb:

«Aydındır ki, bunlar Prezident Administrasiyasından gələn sifarişdir. O ki, qaldı maliyyə xərclərinin yoxlanmasına, mən səfirlikdə işlədiyim bütün müddət ərzində dəfələrlə tələb etmişəm ki, maliyyə yoxlaması göndərilsin. Səfirliyi təhvil götürəndə də, təhvil verəndə də. Heç bir xüsusi xərclərdən də söhbət gedə bilməz. Xüsusi xərcləri səfirliklərə verirlər ki, Heydərizmi təbliğ etmək mümkün olsun, o cümlədən heykəllər, büstlər qoyulsun. Amma mən bu məsələlərlə məşğul olmamışam və təbii ki, belə xərcləri də heç kim mənim ayağıma yaza bilməz».

SEÇKİ ADAMIN YAŞINDAN, ÇƏKİSİNDƏN ASILI DEYİL

«Yeni Müsavat»a müsahibə verən YAP-çı deputat Siyavuş Novruzov deyib: «Cavabdehlər öz cəzasına çatacaq».

Siyavuş Novruzov
Siyavuş Novruzov

Parlament seçkilərinə toxunan qəzet YAP üzvlərindən kiminsə zəng edib siyahıya adını saldırmaq istəyənlər olub-olmadığını soruşub. Deputat belə cavab verib: «Zəng də olur, gələn də olur. İndi 125 yerdir, amma minlərlə insan seçilmək istəyir. Elə seçim aparılmalıdır ki, həm ədalətli, həm keçərli olsun, həm də partiya tərəfindən qəbul olunsun. Təbii ki, proses çətindir...».

S.Novruzov deyir ki, YAP-ın namizəd siyahısı avqustun axırlarında elan olunacaq:

«Bəzən yazırlar bu dəfə yaşlılar seçkiyə getməyəcək, rektor, ya digərləri mandatsız qalacaq, bunlar hamısı insanları çaşdırmaqdır. İlk növbədə seçki adamın yaşından, çəkisindən, boyundan asılı deyil. Bu, seçkidir, əsas məsələ seçicinin etimadıdır. Elə yer var ki, orda yaşlı adamın olması daha məqsəduyğundur, seçici ona daha çox etimad edir».

RAMAZAN GƏLDİ, QİYMƏTLƏR QALXDI

ANS bayram qabağı qiymətində artım müşahidə edilən məhsulların siyahısını təqdim edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG