Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:37

-

Bu il Rаmаzаn ayının bayram namazı iyulun 18-də qılınacaq.

Bunu ANS-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədrinin 1-ci müavini Hacı Salman Musayev deyib.

Namaz saat 09:00-da Göy məsciddə, saat 10:00-da isə Təzəpir məscidində qılınacaq.

Bayramla bağlı 4 gün iş olmayacaq.

Rаmаzаnda veriləcək fitrə zəkat bu il 5-10 manat müəyyən edilib.

Zəkatın bayrama kimi ehtiyacı olan şəxslərə çatdırılması məsləhətdir.

Fitrə zəkatı oruc tutan və tutmayan, xəstə və ya sağlam, yaşından asılı olmayaraq hər bir ailə fərdinin adından verilməlidir. Ailədə günbatana qədər uşaq doğulubsa, onun da adından zəkat verilməlidir. Eyni zamanda fitrə zəkatının pulla verilməsi vacib deyil, ərzaqla da verilə bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG