Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:11

Bosniya serbləri referenduma səs verir


Milorad Dodik Bosniya serblərinin anım tədbirində

Milorad Dodik Bosniya serblərinin anım tədbirində

-

Bosniyanın muxtar serb regionunun deputatları iyulun 15-də səs veriblər ki, yerli məhkəmənin serblər üzərində səlahiyyətinə dair referendum keçirilsin. Qərb bu addımı Bosniya dövlətinin bütövlüyünə təhlükə sayır. Təklifi Bosniya Serb Respublikasının prezidenti Milorad Dodik irəli sürüb. Deputatlar cüzi üstünlüklə təklifin lehinə səs veriblər.

Milorad Dodik müharibədən 20 il sonra ölkənin parçalanmasına tərəfdar çıxır. Bir gün öncə Avropa Birliyi və ABŞ-ın Bosniyada yüksək rütbəli diplomatları serb liderlərinə xəbərdarlıq edib ki, təklif olunan referendum Bosniyanın “suverenliyi və təhlükəsizliyinə birbaşa təhlükədir” və buna “dözümlülük göstərilə bilməz”.

Sarayevodakı ABŞ səfirliyi bu səsverməni “korrupsioner qüvvələrin” əməli kimi pisləyib.

Apreldə Dodik-in hakim partiyası bildirib ki, 2018-ci ildə Serb Respublikasının ayrılmasına dair referendum keçirəcək. Prezident regiona daha böyük səlahiyyət tələb edib.

Parlamentdə çıxış edən Dodik deyib ki, Sarayevo məhkəməsi pravoslav serblərə qarşı qərəzli davranır.

Günün bütün mövzuları

XS
SM
MD
LG