Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:26

-

Əfqanıstanda Talibanın dini liderinin hökumətlə sülh danışıqlarını “qanuni” adlandırması barədə məlumatlar gəlir. O, prosesin məqsədinin xarici qüvvələrinin “işğalına son qoymaq” məqsədi daşıdığını bildirir.

İyulun 15-də Talibanın vebsaytında yerləşdirilən bəyanat Taliban rəhbərliyinin ənənəvi mövqeyinin dəyişdiyini göstərir. Əvvəllər Taliban bütün xarici hərbi qüvvələr əfqan torpağını tərk edənədək hər hansı danışıqları istisna edirdi.

Bu, həmçinin sülh prosesi başlanandan Mullah Mohammad Omar-in adından yayılmış ilk açıqlamadır.

Bəyanatda konkret olaraq iyulun 7-də Pakistanda keçirilmiş danışıqlar göstərilmir. Ancaq istənilən halda bu açıqlama həmin görüşə Taliban rəhbərliyinin dəstəyinin olmaması barədə narahatlığı azaldıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG