Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:23

-

ABŞ prezidenti Barack Obama rusiyalı həmkarı Vladimir Putin-ə ölkəsinin İran nüvə sazişinin yekunlaşdırılmasında “vacib rol”una görə təşəkkür edib. Məlumatı iyulun 15-də Ağ Ev yayıb.

İyulun 14-də New York Times-a müsahibəsində Obama deyib ki, Rusiyasız saziş olmazdı.

“Rusiya bizimlə və digər dövlətlərlə birlikdə güclü sazişə təkid etməsəydi, bu razılaşmanı əldə etməzdik,” Obama deyib.

“Rusiya bu məsələdə kömək elədi. Sizə düzünü deyim. Ukrayna məsələsinə görə güclü fikir ayrılıqlarını nəzərə alanda elə də əmin deyildim,” Obama sözlərinə əlavə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG