Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:09

Yunanıstan parlamenti islahatlara səs verir


Afinada etiraz, 15 iyul, 2015-ci il

Afinada etiraz, 15 iyul, 2015-ci il

-

Yunanıstan parlamenti Avropa liderlərinin yeni borc əvəzində tələb etdiyi sərt iqtisadi islahatlara səs verib. Bununla da hakim solçu Syriza partiyasındakı ciddi narazılıq və müqavimətə üstün gəlib.

Qanun layihəsi satışda vergilərin artırılmasını, təqaüdlərdə islahatları və digər proqramları nəzərdə tutur. İyulun 16-da 229 nəfər layihənin lehinə, 54 nəfər əleyhinə səs verib. 3 avropapərəst müxalifət partiyası layihəni dəstəkləyib.

Baş nazir Alexis Tsipras-ın hakim partiyasının bir neçə tanınmış üzvü layihəyə qarşı çıxıb. Onların içində enerji naziri Panagiotis Lafazanis, keçmiş maliyyə naziri Yanis Varoufakis var.

Tsipras deyib ki, ölkənin kreditorların sərt islahatlar tələbini qəbul etməkdən başqa yolu qalmayıb.

Minlərlə etirazçı isə sərt tədbirlərə qarşı çıxır. 6 illik qənaət dövründən sonra Yunanıstanda yoxsulluq və işsizlik artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG