Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:51

-

Bu ilin 6 ayı ərzində hökümət büdcə gəlirlərinin azaldığını nəzərə alaraq, nəzərdə tutulan xərclərə 15 faiz az vəsait yönəldib.

Maliyyə naziri Samir Şərifov prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə deyib ki, dövlət büdcəsinə Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Neft Fondu və başqa mənbələr hesabına 7,8 milyard manat daxil olub. Xərclər isə 8 milyard 578 milyon manat təşkil edib.

Bu, nəzərdə tutulandan 15 faiz azdır.

Dövlət büdcəsinin gəlir və xərcləri arasında fərqi bağlamaq üçün hökumət 2014-cü ildə dövlət büdcəsinin icrası zamanı əldə edilmiş profisitin bir hissəsindən - 771 milyon manatdan istifadə olunub.

Ötən dövrdə sosialyönümlü tədbirlərin maliyyələşdirilməsinə 2 milyard 25 milyon manat, investisiya layihələrinə isə 3 milyard 102 milyon manat yönəldilib.

İnvestisiyaların 1 milyard 656 milyon manatı elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin, o cümlədən Bakıda Avropa Oyunlarının keçirilməsinə sərf olunub. Daha 1 milyard 150 milyon manat isə enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisi və yenidən qurulması üçün istifadə olunub. Maliyyə naziri hesabatında belə deyib.

Hər il olduğu kimi, bu il də Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsindən kifayət qədər yüksək dotasiya ayrılır. Ilin əvvəlindən muxtar respublikaya mərkəzi büdcədən 166,0 milyon manat transfert olunub.

Bu ilin birinci yarısında insfrastruktur obyektlərinin tikintisi və yenidən qurulmasına xaricdən cəlb olunmuş kreditlər hesabına 264 milyon manat, ARDNF-nin vəsaiti hesabına 467 milyon manat investisiya qoyulub.

Samir Şərifov 2016-cı ilin dövlət büdcəsinin layihəsinin hazırlanmasına toxunaraq deyib ki, hədəf büdcə gəlirlərinin proqnozları hazırlanarkən ARDNF-dən dövlət büdcəsinə transfertin tədricən azaldılması və Fondun aktivlərinin mümkün qədər yüksək səviyyədə saxlanılmasıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG