Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:32

Prokuror iyulun 15-də AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ müharibəsi əlili Asif Yusifliyə 8 il həbs istəyib.

Asif Yusifli 2014-cü il noyabrın 25-də həbs edilib, O bir nəfərin 6 500 manatını dələduzluq yolu ilə mənimsəməkdə və sənədlərin saxtalaşdırılmasında ittiham olunur.

Asif Yusifli həmin şəxsə bütün məbləği və əlavə 1200 manat ödəsə də proses davam etdirilir.

O ittihamı rədd edir və həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.

Vəkil Fəxrəddin Mehdiyev Turana deyib ki, prokurorun çıxışından sonra zərərçəkmiş şəx məbləğin ödənildiyini və Asif Yusiflidən şikayətçi olmadığını bildirib.

Prokuror Asif Yusiflinin məhkumluğu olmaması, azyaşlı övladları olması və ikinci qrup Qarabağ müharibəsi əlili olmasına baxmayaraq 8 il həbs cəzası istəyib.

Növbəti proses iyulun 23-nə təyin olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG