Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:49

Yunanıstanın baş naziri Alexsis Tsipras iyulun 15-də parlamentdə səsvermə ərəfəsində partiyasının kəskin müqaviəti ilə üzləşib.

Parlamentdə yeni xilas paketi almaq üçün tələb olunan kəskin iqtisadi islahatlar planını müzakirəyə çıxarılır.

Avrozona ölkələrinin liderləri Tsiprasdan dövlət xərclərinin kəskin ixtisar edilməsini tələb edir ki, bu iyulun 5-də referendumda rədd edilmiş şərtlərdən ağırıdır.

Müxalifətdən olan deputatların dəstəyi ilə iyulun 13-də Afina və xarici kreditorlala əldə edilmiş razılaşmanın qəbul ediləcəyi gözlənilir.

Amma dərin iqtisadi tədbirlər və azad bazar iqtisadiyyatı ilə bağlı islahatlar Tsiprasın solçu Syriza partiyasının siyasətinə ziddir.

Partiya üzvlərinin əksəriyyətinin paketin əleyhinə səs verəcəyi gözlənilir və bu Tsipras hökumətinin indiki formada mövcudluğunu sual altında qoyur.

Günün bütün mövzuları

XS
SM
MD
LG